ENÉSKU (Enescu) Corce (19.8.1881, Liveni-Vırnav, indiki Corce-Enesku – 4.5. 1955, Paris) – rumın bәstәkarı, skripkaçı, dirijor, pianoçu, pedaqoq, musiqi xadimi. Rumıniya Akademiyasının akademiki (1932). 1893 ildә Vyana (Y. Helmesbergerin skripka sinfi, harmoniya vә kompozisiyanı R. Fuksdan öyrәnmişdir), 1899 ildә Paris konservatoriyalarını (M.P. Marsikın skripka sinfi, kompozisiyanı J. Massne vә Q. Foredәn, polifoniyanı A. Jedaljdan öyrәnmişdir) bitirmişdir. 20 әsrin 1-ci yarısında E. Rumıniya musiqi hәyatının aparıcı simalarından idi. Skripkaçı, dirijor, pianoçu kimi böyük maariflәndirmә işi aparırdı. Rumın müәlliflәrinin әsәrlәrini vәtәndә vә onun hüdudlarından kәnarda tәbliğ edirdi. Rumıniyada klassik bәstәkarların bir sıra mәşhur әsәrlәri, o cüm lәdәn Bethovenin 9-cu simfoniyası, Berliozun “Faustun ittihamı” dramatik әfsanәsi, Şostakoviçin 7- ci simfoniyası ilk dәfә E.-nun idarәsi ilә ifa olunmuşdur. Rumın Bәstәkarlar Cәmiyyәtinin (1949 ildәn – Rumıniya Bәstәkarlar İttifaqı) ya radıcılarından biri vә ilk prezidenti (1920 ildәn) olmuş, “Opera Romıne” dövlәt teatrının tәşkilindә iştirak etmiş (1921; açılışda E. idarәsi ilә “Loenqrin” operası oynanılmıdır), gәnc rumın bәstәkarlarının әn yaxşı әsәrlәrinә görә öz vәsaiti hesabına illik mükafat tәsis etmişdir (C. Enesku ad. mükafat, 1913–46 illәr). Milli bәstәkarlıq mәktәbinin banisi, rumın musiqisinin klassiki, dünya şöhrәti qazanmış ilk rumın bәstәkarı E. bir çox jarnlarda müasir rumın musiqisinin tәmәlini qoymuşdur. Yaradıcılığında rumın musiqi folklorundan geniş istifadә etmişdir. E. bәdii irsinin әsasında iki mövzu durur. Birinci – insanın antihumanist güvvәlәrlә, tale ilә mübarizәsi. Bu fәlsәfi antiteza tam güvvәsi ilә E. әsәrlәrinin zirvәsi olan “Edip” operasında, “Dәnizin harayı” simfonik poemasında, Kamera simfoniyasında, son kvartetlәrindә izlәnmәkdәdir. İkinci mövzu – vәtәn vә xalqdır. Bu sırada “Rumın poeması”, rumın rapsodiyaları, “rumın xalq ruhunda” yazılmış skripka ilә fp. üçün 3-cü sonata, orkestr üçün “Kәnd süitası”, skripka vә fp. üçün “Uşaqlıq tәәssüratları” süitası mühüm yer tutur. Bu әsәrlәrdә bәstәkar böyük bәdiiliklә rumın xalqına xas olan psixoloji cәhәtlәri açmış, kәnd bayramlarının ab-havası vә mәnzәlәrini ifadә etmişdir.
Dövrünün mahir ifaçılarından olan E. skripkaçı (debütü 1889 ildә Buxarestdә olmuşdur) vә dirijor kimi (debütü özünün “Rumın poeması”, 1898, Buxarest) dünya şöhrәti qazanmışdır.
E. bir neçә onilliklәr әrzindә, demәk olar ki, bütün Avropa ölkәlәrindә, ABŞ-da, Kanadada, Moskva vә Peterburqda çıxışlar etmişdir. E.-nun zәngin repertuarında (skripkaçı vә dirijor kimi) klassik bәstәkarların әsәrlәri ilә yanaşı (İ.S. Bax, V.A. Motsart, L. Bethoven, İ. Brams), müasir müәlliflәrin, әsasәn dә fransız bәstә karlarının әsәrlәrinә yer verilmiş, әsasәn rumın musiqisi üstünlük tәşkil etmişdir. E.-nun bir çox mәşhur musiqiçilәrin (B. Bartok, E. İzai, P. Kasals, A. Korto, D. Lipatti, İ. Menuhin, D.F. Oystrax, S. Tibo, dirijorlardan F. Veynqartner, V. Damroş, C. Corcesku, L. Stokovski, F. Ştok vә b.), iştirakı ilә eyni ansambl heyәtindә parlaq ifaları olmuşdur. E.-nun yaradıcılıq vә ifaçılıq sәnәtini P. Kasals, A. Onegger, D.F. Oystrax, D.D. Şostakoviç vә b. yüksәk qiymәtlәndirmişlәr.
E. hәm dә mahir pedaqoq idi, İ. Menuxin, K. Ferra, D. Bruşveyq vә b. onun yetirmәlәri olmuşlar. O, çox illәr әrzindә Parisdә, Braytonda (B.Britaniya), Siyennada (İtaliya) interpretasiya kurslarında müharizәlәr oxumuşdur. B. Qavottinin bәdii yazısı әsasında nәşr olunmuş “Xatirәlәr”in (Gavoty B., Lossouvenirs de Georges Enesko, R., 1955) müәllifidir. 20 әsr rumın musiqi mәdәniyyәtinin inkişafında E. yaradıcılığının vә ictimai fәaliyyәtinin rolu mühümdür.