ENÉY (lat. Aeneas) – antik mifologiyada Troyanın әsas qәhrәmanlarından biri, Anxiz vә Afroditanın oğlu, romalıların ulu babası. “İliada”ya görә, E. allahların müdaxilәsi ilә Troya müharibәsindә ölümdәn xilas olmuş vә ona troyalıların nәslini davam etdirmәk vә onların şöhrәtini başqa torpaqlara yaymaq vәzifәsi tapşırılmışdı. Bu әsatir Vergilinin “Eneida” әsәrinin mövzusu üçün әsas olmuşdur. Uzun sәyahәtdәn sonra E. İtaliyaya gәlәrәk, yerli hökmdar qadın Laviniya ilә evlәnir vә onun adına uyğun olaraq Lavinium (indiki Roma) şәhәrinin әsasını qoyur. E. vә onun oğlu İul patrisian nәsli olan Yulilәrin әcdadıdır (Y. Sezar vә Oktavian Avqust bu nәsildәndirlәr). E. obrazı musiqidә dә (N. Lısenkonun “Eneida” operası, H. Porselin “Didiona vә Eney” operası vә s.) öz әksini tapmışdır.