ENGELQARDT Vladimir Aleksandroviç (21.11.1894, Moskva – 10.7.1984, Moskva) – rus biokimyaçısı. Molekulyar biologiyanın banilәrindәn biri. SSRİ Dövlәt mükafatı laureatı (1943, 1979). SSRİ TEA-nın (1944) vә SSRİ EA-nın akad. (1953; 1946 ildәn m.üzvü). Dörd dәfә Lenin ordenina, Sosialist Әmәyi Qәhrәmanı adına (1969) layıq görülmüşdü. Moskva Un-tini bitirmişdir (1919). 1921–29 illәrdә Xalq Sәhiyyә Komissarlığı Biokimya İntunun elmi әmәkdaşı, Kazan Un-ti vә Kazan Tibb İn-tunun (1929–33), Leninqrad (1934–40) vә Moskva (1936–59) un-tlәrinin prof.-u olmuşdur. A.N. Bax ad. Biokimya İn-tunda heyvani hüceyrә biokimyası laboratoriyasının (1935–59) müdiri, SSRİ EA İ.P. Pavlov ad. Fiziologiya İntunda eyniadlı laboratoriyanın müdiri (Leninqrad, 1944–50), SSRİ Tibb EA Eksperimental Tibb İn-tunda biokimya şöbәsinin müdiri (Leninqrad, 1945–52), 1955–59 illәrdә SSRİ EA biologiya elmlәri bölmәsinin akademik-katibi işlәmişdir. SSRİ EA Molekulyar Biologiya İn-tunun tәşkilatçısı vә direktoru idi (1959 ildәn). Müasir bioenergetikanın vә mexanokimyanın әsasını qoymuş, tәdqiqatları tәnәffüs fosforlaşması prosesi ilә birlikdә miozinin fermentativ aktiv funksiyalarına, sintezinә, geri (qayıdan) transkripsiyaya, hәmçinin tәbiәtşünaslıq mәsәlәlәrinә hәsr olunmuşdur.
Ә s ә r l ә r i.: Окислитейный распад фосфоглюконовой кислоты (совм. С А.П. Бархашем); “Биохимия”, 1938, т.3, в. 4; Фосфорная кислота и фунции клетки, “Изв. АН СССР. Серия биологическая”, 1945, № 2 (лит.); Orthound Pyrophosphat im aeroben und anaeroben Stoffwechsel der Blutzellen, “Biochemische Zeitschrift”, 1930, Bd 227, H. 1–3; Myosine and Adenosinetriphosphatase (совм. с М.Н. Любимовой), “Nature”, 1939, v. 144, № 3650, p. 668–69; On the dual role of respiration, “Molecular and cellular biochemistry”, 1974, v. 5, № 1–2.
Лит.: Владимир Александрович Энгельгардт, M., 1955. (Материалы к биобиблиографии учёных СССР. Сер.биохимия в.4); В.А Энгельгардт (К 80-летию со дня рождения), “Молекулярная биология”, 1975, т. 9, в.1; Кнунянц И.Л., Выдающийся естествоиспытатель. К 80-летию со дня рождения В.А. Энгельгардта, “Вестник АН СССР”, 1974, № 12.