ƏL (manus) – insanda yuxarı әtrafın distal hissәsi. Bilәk, әldarağı vә barmaqlardan ibarәtdir. Ə.-dә onun şöbәlәrinin hәrәkәtini tәmin edәn әzәlәlәr, hәmçinin sinirlәr vә qan damarları vardır. Bilәk 2 sırada yerlәşmiş 8 sümükdәn (proksimal sırada 4 – qayığa bәnzәr, aypara, üçkәnarlı, noxuda bәnzәr sümüklәr; düstal sırada 4 – trapesiyaşәkilli, trapesiyayabәnzәr, başlı, qarmağabәnzәr sümüklәr), әldarağı barmaq falanqaları üçün әsas rolu oynayan 5 daraq sümüyündәn ibarәtdir. 2–5-ci barmaqlar 3 (әsas, orta vә dırnaq), baş barmaq isә 2 (әsas vә dırnaq) falanqadan tәşkil olunmuşdur. Ə.-dә hәmçinin müxtәlif sayda (bәzәn 20–30 әdәdә qәdәr) küncütәbәnzәr (sesamoid) sümüklәr dә mövcuddur. İnsanın baş barmaq әzәlәlәrinin yaxşı inkişaf etmәsi bu barmağı çeçәlә barmaqla maks. dәrәcәdә qarşılaşdırmağa imkan verir. Ə. efferent vә afferent sinir liflәri ilә tәchiz olunmuşdur. Efferent liflәr siqnalları onurğa beynindәn Ə.-ә, afferent liflәr isә Ə.-dәn onurğa beyninә yollayır. Ona görә dә Ə.-in bütün sinirlәrindә hәm efferent, hәm dә afferent liflәr cәmlәşmişdir.
Инсанда ял сцмцкляри: 1 – мил сцмцйц; 2 – дирсяк сцмцйц; 3 – гайыьабянзяр сцмцк; 4 – айпара сцмцк; 5 –трапесийайабянзяр сцмцк; 6 – цчкянарлы сцмцк; 7 – трапесийашякилли сцмцк; 8 – гармаглы сцмцк; 9 – башлы сцмцк; 10 – ял дараьы сцмцкляри; 11 – проксимал фаланга; 12 – орта фаланга; 13 – дистал фаланга.