Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENGELS Fridrix

    ENGELS (Engels) Fridrix (28.11.1820, Almaniya, Barmen, indiki Vuppertal – 5.8.1895, London) – marksizmin banilәrindәn biri, ilk beynәlxalq kommunist vә sosial-demokrat tәşkilatlarının tәşkilatçısı vә rәhbәri. E. fabrik sahibkarının ailәsindә do ğulmuşdur. Elberfelddә oxuduğu gimnaziyanı (1834–37) bitirmәmiş, atasının tәkidi ilә ticarәtlә mәşğul olmağa başlamışdır. Asudә vaxtlarında tәhsilini müstәqil artırmışdır. E.-in dünyagörüşünün formalaşmasında әn başlıca mәnbә alman klassik idealizmi, xüsusilә Hegel fәlsәfәsi olmuşdur. 1841 ildә L. Feyerbaxın “Xristianlığın mahiyyәti” kitabı ilә tanışlıq ona ciddi tәsir göstәrmişdir. 1842 ildә Kölndә “Reyn qәzeti”nin redaksiyasında ilk dәfә K. Marksla görüşmüş, fәhlә hәrәkatı ilә әlaqәlәr yaratmışdır. E diqqәtini ilk olaraq iqtisadi münasibәtlәrin öyrәnilmәsinә yönәltmiş, “Siyasi iqtisadın tәnqidinә dair qeydlәr”in dә (1843) xüsusi mülkiyyәt institutunu sәrt tәnqid etmişdir. 1844 ilin avqustunda Parisdә E.-in Marksla ikinci görüşü zamanı baxışlarının tam birliyi aydın olmuş vә hәmin vaxtdan onların dostluğu vә tәqr. 40 illik әmәkdaşlığı başlamışdır.
    E. inqilabi proletariatın dünyagörüşü әsaslarını “İngiltәrәdә fәhlә sinfinin vәziyyәti” kitabında, gәnc hegelçilәrin idealizminә qarşı yönәlmiş vә Marksla birgә yazdığı “Müqәddәs ailә” (1845) әsәrindә ifadә etmişdir. E. burada sosializm nәzәriyyәsinin fәhlә hәrәkatı ilә birlәşdirilmәsi zәrurәti haqqında müddәa irәli sürmüşdür. Onun “Elberfeld nitqlәri” (1845, fevral) Almaniyada kommunist ideyalarının tәbliğatına hәsr olunmuşdur. Marks vә E.-in görüşlәri gәnc hegelçilәrin idealizminә vә Feyerbax antropologizminә qarşı dururdu. Tarixi materializmin әsasları Marks tәrәfindәn “Feyerbax haqqında tezislәr”dә formulә edilmiş, Marks vә E.-in birlikdә yazdığı “Alman ideologiyası” әsәrindә (1845, noyabr – 1846, aprel) bütöv konsepsiya şәklindә işlәnib hazırlanmışdır.

    1846 ilin yanvarında Marks vә E.-in Brüsseldә tәşkil etdiklәri Kommunist müxbir komitәsinin fәaliyyәti ilk beynәlxalq kommunist tәşkilatının – Kommunistlәr İttifaqının yaranmasına imkan açmışdır. E. “Bütün ölkәlәrin proletariatları, birlәşin!” şüarını İttifaqın şüarı kimi irәli sürmüş vә proqramının – “Kommunist partiyasının manifesti”nin hazırlanmasında iştirak etmişdi. Burada proletariatın tarixi vәzifәsi әsaslandırılmış, sinfi mübarizә sosial tәrәqqinin әsas hәrәkәtverici qüvvәsi kimi tәqdim olunmuş, ilk dәfә partiya şәklindә tәşkil edilәn proletariat avanqardının yeri vә rolu, digәr siniflәrlә, siyasi hәrәkat vә partiyalarla әlaqәlәrdә tәşkilatın strategiya vә taktikası hәrtәrәfli göstәrilmiş, müxtәlif ideya cәrәyanlarının konkret-tarixi qiymәtlәndirilmәsi verilmişdir.
    Almaniyada 1848–49 illәr inqilabı zamanı E. Marksla birlikdә “Yeni Reyn qәzeti”nin nәşrinә başlamış vә Cәnub-Qәrbi Almaniyadakı silahlı üsyanda bilavasitә iştirak etmişdir. İnqilabın mәğlubiyyәtindәn sonra Marksla birlikdә Londonda “Yeni Reyn qәzeti. Siyasi-iqtisadi icmal” jurnalını nәşr etmişdir. Bu illәrdә yazdığı “Almaniyada kәndli müharibәsi” (1850) vә “Almaniyada inqilab vә әks-inqilab” (1851, avqust – 1852, sentyabr) kimi mühüm әsәrlәrindә E. proletariatla kәndlilәrin ittifaqının zәruriliyi vә silahlı üsyan barәdә ideyalarını inkişaf etdirmişdir. 1850 ildә E. Mançesterә gedib vә yenidәn “Ermen vә Engels” ticarәt firmasında işlәmәyә mәcbur olmuşdur. E. Marksa vә onun ailәsinә verdiyi daimi maliyyә dәstәyi dostunun “Kapital” üzәrindә işlәmәsinә imkan vermişdir.
    Birinci İnternasional vә Paris kommunası dövründә E. bu beynәlxalq tәşkilata rәhbәrlik işindә Marksın әn yaxın kömәkçisi, lassalçılığa, prudonizmә vә bakunizmә qarşı ideya mübarizәsinin aktiv iştirakçısı olmuşdur. O, Almaniya Sosial-Demokrat Partiyasına xüsusi diqqәt yetirmiş, onun mәrkәzi orqanında mühüm nәzәri әsәrlәrini [“Mәnzil mәsәlәsinә dair” (1872–73), “Anti-Dürinq” (1877–78) vә s.] çap etdirmiş, partiyanın lassalçılara prinsipial nәzәri güzәştlәrә gedәn proqram layihәsini tәnqid etmiş, Almaniya sosial-demokratiyasının opportunizminә qarşı çıxmışdır.
    Marksın ölümündәn sonra (1883) E. sosialist partiyalarının 2-ci İnternasionalda birlәşmәsinә hәlledici tәsir göstәrmiş, “Kapital”ın 2-ci (1885) vә 3-cü (1894) cildlәrinin nәşrә hazırlanması vә çapı, marksizmin mәna vә әhәmiyyәtinin izahı ilә әlaqәdar fәaliyyәt göstәrmişdir. “Anti-Dürinq”, “Tәbiәtin dialektikası” (fasilәlәrlә, 1873–83), “Ailәnin, xüsusi mülkiyyәtin vә dövlәtin mәnşәyi” (1884), “Lüdviq Feyerbax vә klassik alman fәlsәfәsinin sonu” (1886) әsәrlәrindә, tarixi materializm haqqında 90-cı illәrә aid mәktublarında E. marksizmin әn mühüm problemlәrini – tarixi materializmin dialektik xarakterini, cәmiyyәt hәyatının bütün sahәlәri arasındakı qarşılıqlı tәsiri, insan fәaliyyәtinin bütün törәmә sahәlәrinin nisbi müstәqilliyini, ictimai hәyatın törәmә hadisәlәrinin onları müәyyәnlәşdirәn zәminә әks-tәsirini, xüsusilә, üstqurumun bazisә әks-tәsirini, tarixi prosesdә insanın fәal rolunu işlәyib hazırlamışdır. O, marksizmin strukturunu (dialektik vә tarixi materializm fәlsәfәsi, siyasi iqtisad, elmi kommunizm), onun ideya mәnbәlәrini müәyyәnlәşdirmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV