ÉNGELS (1914–1931 illәrdә Pokrovsk) – RF-dә Saratov vil.-ndә şәhәr, Engels r-nunun mәrkәzi. Әh. 209 min (2010). Volqa çayında (Volqoqrad su anbarı sahilindә) port. Avtomobil yolu körpüsü E.-i çayın
әks tәrәfindәki Saratov ş. ilә әlaqәlәndirir. D.y. st. (Pokrovsk-Privoljsk).
1747 ildә Volqanın sol sahilindә Pokrovsk slobodası kimi salınmışdır. Әvvәllәr bu әrazi kalmıkların düşәrgәsi olmuş, Kalmık xanı Ayukanın iqamәtgahı burada yerlәşmişdir. 1851 ildә Pokrovsk slobodası Novouzensk qәzasının tәrkibindә Samara qub.-na qatılmışdır. 1894 ildә Ryazan–Ural d.y.-nun çәkilmәsindәn sonra Pokrovsk slobodası Volqaboyunun әn böyük bazarına çevrilmişdi. 1914 ildә şәhәr statusunu almışdır. 1919 ildә Saratov qub.-nın tәrkibinә daxil edilmişdir. 1931 ildә F. Engelsin şәrәfinә E. adlandırılmışdır. 1941 ildәn Saratov vil.-nin tәrkibindәdir.
Saratov Dövlәt Texniki Un-tinin (1930) Texnologiya İn-tu, Uzaq aviasiya muzeyi, L.A. Kassilin ev-muzeyi, Saratov vil. Operretta Teatrı (1968) vә s., o cümlәdәn Heykәltәraşlıq kompozisiyası (2013) vә Qızılgül bulvarı (2013) var.
Енэелс шящяриндян эюрцнцш.