ƏLAƏDDİN HİLCİ (1255 – 5.1.1316, Dehli) – Dehli sultanlığının hakimi [1296–1316]. Qucarat, Malva, Racput racәliklәrini işğal edәrәk sultanlığının tәrkibinә qatmışdı. 1305 vә 1306 illәrdә monqolların Hindistana hücumlarının qarşısını almışdır. 1306–15 illәrdә Cәnubi Hindistanın Pandyalar, Xoysalalar, Kakatyalar kimi qüdrәtli sülalәlәrini mәğlubiyyәtә uğratmışdı. Hakimiyyәtin mәrkәzlәşdirilmәsinә vә xәzinәnin zәnginlәşdirilmәsinә çalışan Ə.H. әvvәllәr vergidәn azad olunmuş şәxsi torpaqları müsadirә etmiş, bazar qiymәtlәrini ciddi şәkildә nizamlamış, sultan anbarlarına mәcburi qaydada (edam olunmaq hәdәsi ilә) buğda verilmәsi şәklindә torpaq vergisi müәyyәn etmişdir. Feodal separatizminin qarşısını almaq üçün xidmәti torpaq sahәlәrinin verilmәsi әvәzinә pul ödәnişinin tәtbiqi nә cәhd göstәrmişdir. Sui-qәsddәn ehtiyatlanan Ə.H. bütün yığıncaqların qadağan olunması haqqında fәrman vermiş, etirazları kütlәvi işgәncә vә edamlar vasitәsilә yatırtmışdı. Ə.H.-nin islahatları ölümündәn sonra oğlu Qütbәddin Mübarәk şah tәrәfindәn lәğv edilmişdi.