ƏLAƏDDİN KEYQUBAD (?–1236) – Kiçik Asiyada Sәlcuqilәr dövlәtinin sultanı [1219–36]. Ə.K.-ın vaxtında dövlәtin (Konya sultanlığının) siyasi qüdrәti daha da artmış, 1220 ildә Venesiya ilә ticarәt müqavilәsi bağlanmışdı. 1222 ildә Krıma hәrbi yürüş etmişdi. Ə.K. hakimiyyәti illәrindә elm, әdәbiyyat, incәsәnәt vә memarlığın inkişafına nail olmuşdur. Konya, Qeysәriyyә vә s. yerlәrdә Ə.K. dövründә tikilmiş karvan sara, saray vә qalanın xarabalıqları qalır.