Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENHANSERLƏR

    gen transkripsiyasının güclәndiricilәri, yaxud aktivatorları. Transkripsiyanın yerinә yetirilmәsindә promotor elementlәri hәlledici rol oynasalar da, onun maksimal sәmәrәli getmәsi üçün enhanser elementlәri lazımdır. 1981 ildә C. Banerci (J. Banerji), S. Raskoni (S. Rusconi) vә S. Şefner (S. Schaffner) β-qlobin geninin SV40 virusun bәzi nukleotid ardıcıllığı ilә birlәşdikdә onun transkrip siyasının yüz dәfә güclәndiyini aşkar etmişlәr vә onlar bu ardıcıllığı “enhanser” yaxud “güclәndirici” adlandırmışlar. E. promotordan üç cәhәtinә görә fәrqlәnirlәr: a) transkripsiyanın inisiasiya nöqtәsindәn E.-in yerlәşdiyi mәsafә fiksә olunmayıb vә dәyişkәndir; b) bu mәsafә çox böyükdür; c) bir çox E. yalnız 5’-sonluqda deyil, 3’-sonluqda vә genin ortasında yerlәşә bilir.
    Mәlumdur ki, E. ardıcıllıqları transkripsiya prosesini aktivlәşdirәn xüsusi tәnzimlәyici zülalların spesifik birlәşmә sahәlәri kimi xidmәt göstәrir. Mәsafәdәn genin aktivliyinә nәzarәt tipi istisna yox, daha çox qaydadır. DNT-nin sadә modelinә uyğun olaraq E. vә promotor arasında olan DNT ilgәk yaradır, nәticәdә E. ilә birlәşәn zülallar ümumi transkripsiya faktorlarından biri ilә, yaxud RNT-polimeraza molekulunun özü ilә bilavasitә qarşılıqlı tәsirdә olur.
    Transkripsiyanın ümumi amillәrinin sayı çox olmasa da, onlar hüceyrәdә boldurlar, çünki RNT-polimeraza II ilә transkripsiya olunan bütün genlәrin promotorları ilә birlәşirlәr. Bundan başqa hüceyrәdә nәzarәtedici zonaların tәnzimlәyici saytları ilә birlәşәn minlәrlә başqa tәnzimlәyici zülallar vardır. Bu zülalların dәsti müxtәlif hüceyrәlәrdә vә müxtәlif genlәrdә eyni deyil, onların hәr biri az sayda molekullardan ibarәtdir vә әksәriyyәti genlәrin tәnzimlәyici hissәlәrindә özünün xüsusi nukleotid ardıcıllığını tanıyır. Tәnzimlәyici-zülalların kömәyilә hәr bir gen spesifik işә düşür, yaxud dayanır, yәni faktiki olaraq hәr bir orqan, yaxud toxuma spesifik genә öz E.-i uyğun gәlir.
    Maya göbәlәyindә UAS (upstream activa ting sequences – promotordan yuxarıda yerlәşәn aktivlәşdirici ardıcıllıq) adlanan vә öz tәsirinә görә E.-ә oxşayan elementlәr mәlumdur. E. kimi onlar istәnilәn istiqamәtdә vә promotordan müxtәlif mәsafәdә fәaliyyәt göstәrә bilirlәr. Lakin, E.-dәn fәrqli olaraq UAS promotordan aşağıda lokalizә olunduqda işlәyә bilmir. UAS-ardıcıllıqlar GAL4 zülallar ilә birlәşdiyi zaman aktivlәşirlәr.
    Лит.: Коничев А.С., Севастьянова Г,А., Молекулярная биология. 4-е издание. М., 2012; Жимулев И.Ф. Общая и молеклярная генетика. Новосибирск, 2007.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV