ENHARMONİZM (yun. εν – içindә, harmonia – hәmahәng, harmonik) – eyni ucalıqda yerlәşәn müxtәlifadlı sәslәrin tarazlaşdırılması vә eynilәşdirilmәsi. “E.” anlayışı 12 pillәli tempasiya edilmiş quruluşu nәzәrdә tutur. Bir sәsin enharmonik dәyişmәsi diatonik intervalı xromatik intervala çevirir, akkordun quruluşunu dәyişir. Bu quruluş antik xromatik vә enharmonik növlәrin intervalının tәzә lәnmәsi, sәslәrin hәr üç növünün vahid sәs düzümü cәrgәsindә birlәşmәsi ilә әlaqәdar yaranmışdır.
Nәzәri traktatlar terminologiyasında saxlanılmış qәdim enarmonika (burada mikrointervallar ucalığı ilә bir-birindәn seçilirdi) 18 әsrdә temperasiya, xüsusәn dә eyni bәrabәrlikdә olan temperasiya yayıldıqca yeni Avropa E.-inә çevrildi (burada mikrointervallar, mәs., cis vә des ucalıqları artıq uyğun gәlirdi). “E.” anlayışı ikiliyi ilә seçilir: funksional eyniliyin ifadәsi kimi (passiv, yaxud, xәyali E., mәs., Baxın “Yaxşı temperasiyalı klavir”inin 1-ci cildindә 8-ci prelüd vә fuqadakı es-moll vә dis-moll tonallıqlarının eyniliyi; Bethovenin 8-ci fp. sonatasındakı Adagioda Edur–Tes-dur) vә funksional bәrabәrsizliyin ifadәsi kimi (“detemperasiya” A.S. Oqolovets; intonasiya ilә ifaetmә qaydasına әsasәn “diez bemoldan ucadır”).
Avropa musiqisindә E.-in bәdii istifadәsi 16 әsrә aid edilir (A. Villart, “Quid non ebrietas” dueti); E. 16–17 әsrlәrin xromatik madriqalında (xüsusәn Venesiya mәktәbinin) istifadә olunur. İ.S. Baxın dövründәn qәfil modulyasiyanın әsas vasitәsidir, onun üzәrindә major vә minorun 30 tonallığından ibarәt dairә isә klassik-romantik musiqi forması üçün zәruri olan modulyasiya sahәsidir.