Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENİNƏZOLAQLI ƏZƏLƏ

    ENİNӘZOLAQLI ӘZӘLӘ, e n i n ә z o l a q l ı ә z ә l ә t o x u m a s ı – onurğalı heyvanlarda vә insanda skelet (gövdә vә ya somatik) әzәlәlәrini, mimiki әzәlәlәri, dili, qida borusu divarının bir hissәsini tәşkil edәn yığılan toxuma. Orta rüşeym qatından (mezodermadan) inkişaf edir vә elektrik xassәlәrinә görә sinir hüceyrәlәri membranlarınaoxşar qıcıqlanan plazmatik membranla (sarkolemma) örtülmüş çoxnüvәli әzәlә liflәrindәn (simplastlardan) ibarәtdir. Әzәlә liflәrinin plazmatik membranının altında hәmçinin miosatellitlәr – yığıcı zülallardan mәhrum olan vә E.ә.-nin böyümә vә regenerasiyasına xidmәt edәn kiçik birnüvәli azdifferensiasiya etmiş hüceyrәlәr yerlәşir. Әzәlәnin liflәr qrupları әzәlә dәstәlәrini әmәlә gәtirir, onlar da birlәşәrәk әzәlәni tәşkil edir. Әzәlә liflәrini, әzәlә dәstәlәrini vә tam әzәlәni әhatә edәn
    birlәşdirici toxumadan qan damarları vә sinirlәr keçir. E.ә. öz ucları ilә adәtәn sümüklәrә vә ya qığırdaqlara bәrkiyәn vәtәrlәrlә möhkәm birlәşir. Әzәlә liflәrinin funksional vahidi әzәlә yığılmasını tәmin edәn nazik tellәr – miofibrillәrdir. E.ә. üçün sәciyyәvi hal miofibrillәrdә müxtәlif fizikikimyәvi vә optikxassәli sahәlәrin növbәlәşmәsi ilә şәrtlәnәn vә işıq mikroskopunda görünәn eninә cızıqların (adı buradan götürülmüşdür) olmasıdır.
    E.ә. liflәrindә olan sitoplazmanın (sarkoplazma) vә miofibrillәrin miqdarının nisbәtinә görә ağ vә qırmızı E.ә. ayırd edilir. Ağ E.ә.-dә kapilyarlar, sarkoplazma nisbәtәn az vә miofibrillәr çox olur, güclü yığılma qabiliyyәtinә malikdir vә tez yorulur, qırmızı E.ә.-dә isә kapilyarların sayı çoxdur, sarkoplazma ilә zәngindir, miofibrillәri nisbәtәn azdır vә azyığılma gücünә malikdir, lakin uzunmüddәtli işgörmә qabiliyyәti var (mәs., pozanı saxlayan әzәlәlәr). Ağ E.ә.-yә nisbәtәn qırmızı E.ә.-nin sarkoplazmasında mitoxondriya vә mioqlobulin daha çoxdur. Saya әzәlәlәrdәn fәrqli olaraq E.ә. bütöv yığılır vә tez yorulur, onların yığılması iradidir. E.ә.-nin sinir ucları MSS-nә siqnallar verir, sonra әzәlә liflәrinә impulslar gәlir vә bu zaman sinir-әzәlә mediator rabitәlәrindә asetil xolin ifrazı ilә әzәlә liflәrinin oyanması vә yığılması baş verir. Ürәk әzәlәsi (miokard) E.ә.-nin xüsusi qrupuna aid edilir, onun әsasını sinir sistemi siqnallarından vә hәr hansı kәnar tәsirlәrdәn asılı olmayaraq yığılma qabiliyyәti olan birnüvәli hüceyrәlәr – kardiomiositlәr tәşkil edir; ürәk әzәlәsindә siosatellitlәr yoxdur, yaşlı orqanizmdә o, regenerasiya qabiliyyәtinә malik deyil.
    E.ә. bәdәnin, yaxud onun ayrı-ayrı hissәlәrinin mәkanda yerdәyişmәsini, nәfәsalma vә nәfәsvermә zamanı (qabırğaarası E.ә. vә diafraqma) lazım olan әsas funksiyaları tәmin edir, çeynәmә, udma vә nitqin әmәlә gәlmәsindә iştirak edir. E.ә.- dә yüksәk gәrginlik onların hәmçinin böyümәsinә, zәif azalmasına sәbәb ola bilәr, gәrginliyin uzunmüddәtli olmaması vә E.ә.-nin trofikasının (qidalanmasının) pozulması isә onların funksiyalarının kәskin pozulması vә hәtta dayanması ilә müşayiәt oluna bilәr. Әzәlәlәrin әn çox yayılan xәstәliyi miozitdir. Onurğasızlardan buğumayaqlılarda, bәzi qarınayaqlılarda vә
    başıayaqlı molyusklarda onurğalılarınkına oxşar E.ә. vardır. Bax hәmçinin Әzәlәlәr

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV