ENKARNASYÓN (Encarnacion) – Paraqvayda şәhәr. İtapua dep-tinin inz. m. Әh. 118,3 min (2011). Parana çayında port. Asunsyon ş. ilә d.y., Posadas ş. (Argentina) ilә bәrә d.y. әlaqәsi var.
Әsası 1615 ildә keşiş Roke Qonsales de Santa-Krus tәrәfindәn qoyulmuşdur 1843 ildәn şәhәr E. adlandırılır. E.-un әhәmiyyәtli inkişafı 1854 ildә d.y.-nun buradan keçmәsi ilә başlanmışdır.
Kilsә, bәlәdiyyә idarәsi, mәhkәmә, kolleclәr, ticarәt mәktәbi, radio vә televiziya stansiyası vә s. var. Burada әnәnәvi festivallar keçirilir.