ENKE (Encke) İohann Frants ( 23.9.1791, Hamburq – 26.8.1865, Şpandau, indi Berlinin r-nu) – alman astronomu. Göttingendә un-ti bitirib. Berlin rәsәdxanasının direktoru olub (1825–63). Berlin astronomik salnamәsini nәşr edib (1828–63). Enke kometinin orbitini öyrәnmiş vә aşkar etmişdir ki, bu kometin dövrü müntәzәm azalır. E. Veneranın Günәş halqasından keçmәsinin müşahidәsinә әsasәn Günәş parallaksının qiymәtini tәyin etmişdir.