ƏLAƏDDİN TEKİŞ, Ə l a ә d d i n T ә k i ş Ə l a ә d - D ü n y a v ә d - D i n Ə b ü l - M ü z ә f f ә r (?–1200) – Anuş teginlәr sülalәsindәn Xarәzmşahlar dövlәtinin hökmdarı [1172–1200]. Atası İlarslanın ölümündәn sonra hakimiyyәtә gәlәn qardaşı Sultan Mahmudu tanımaqdan imtina edәrәk xarәzmlilәrin düşmәni olan qarakitaylarla ittifaq bağlamış vә onların kömәyilә qardaşını taxtdan devirmişdi. Hakimiyyәtә keçdikdәn sonra Sultan Mahmudu müdafiә edәn anasını öldürtsә dә, qardaşı hakimiyyәt uğrunda mübarizәni dayandırmadı. Qarakitayların vassal asılılığından qurtulmaq mәqsәdilә bir neçә dәfә Mavәrәünnәhr sәfәrinә çıxmış, 1182 ildә Buxaranı әlә keçirdikdәn sonra sultan tituluna yüksәlmişdi. Sultan Mahmudun ona qarşı çıxışlarına cavab olaraq 1186 vә 1187 illәrdә Xorasana hücum etmiş, Nişapuru әlә keçirmişdi. Bundan sonra diqqәtini İraqi-Əcәmә yönәltmişdi. Bu zaman İraq Sәlcuqi sultanı III Toğrul ilә atabәy Qızıl Arslan arasında münasibәtlәr gәrgin idi. Qızıl Arslan 1187 ildә III Toğrula qarşı Bağdad xәlifәsi Nasirdәn [1180–1225] yardım istәsә dә, 1188 ildә III Toğrul xәlifә qoşununu mәğlub edә bilmişdi. Lakin Qızıl Arslan 1189 ildә Hәmәdana hücumu zamanı III Toğrulu mәğlubiyyәtә uğradaraq oğlu Mәlikşahla birlikdә hәbs etmişdi. 1191 ildә sui-qәsd nәticәsindә Qızıl Arslanın öldürülmәsindәn sonra Eldәnizlәr dövlәtindә hakimiyyәt uğrunda çәkişmәlәr başlamış, 1192 ildә hәbsdәn azad olan III Toğrul Rey, İsfahan vә Hәmәdanda hakimiyyәti әlә keçirmişdi. Bu zaman Rey vә İsfahan hakimi Qutluq İnanc Ə.T.-dәn yardım istәmiş, sonuncu hücum edәrәk Tabәrәk qalasını әlә keçirmişdi. Lakin Sultan Mahmudun Xarәzmә hücum xәbәrini aldığına görә geri qayıtmışdı. 1193 ildә Sultan Mahmud Serahs uğrunda savaş zamanı vәfat etmişdi. Ə.T. geri çәkildikdәn sonra III Toğrul Tabәrәk qalasını, Damğan vә Bistamı tutmuşdu. Bu zaman Xәlifә Nasir Toğrula aid әrazilәrin idarәçiliyini Ə.T.-ә verdiyini rәsmәn bildirmişdi. 1194 ilin yazında Ə.T.-in İraqa hücumu zamanı III Toğrul öldürülmüş, İraqi-Əcәmin mәrkәzi Hәmәdan tutulmuşdu. 1195 ildә qıpçaqları tabe etmişdi. Ə.T. tutduğu әrazilәrin idarәçiliyini Qutluq İnanca tapşırsa da, sonuncunun müstәqil dövlәt yaratmağa çalışması onların münasibәtlәrinin pozulmasına sәbәb olmuş, 1196 il dә Qutluq İnanc öldürülmüşdü. 1195 ildә Hәmәdana soxulan Xәlifә Nasir İsfahanı zәbt etmişdi. Lakin Ə.T. 1196 ildә xәlifәni mәğlubiyyәtә uğradaraq Hәmәdanı geri almışdı. Ə.T.-in dövründә Orta Asiyanın әn qüdrәtli dövlәtlәrindәn birinә çevrilmiş Xarәzm şahlar dövlәtinin sәrhәdlәri şm.-da Aral dәnizinә vә Sırdәryanın aşağı axarınadәk, c.-da İran körfәzinәdәk, ş.-dә Pamir d-rına dәk, q.-dә İran yaylasınadәk olan әrazilәri әhatә edirdi.