ENKE KOMETİ – (rәsmi qeydiyyatı 2P/Enke) – Günәş әtrafında fırlanma dövrünә görә (3.3 il) mәlum periodik kometlәr içәrisindә әn qısa periodlu komet. Fransız astronomu A. Meşen tәrәfindәn 1786 ildә kәşf edilib, lakin onun periodik komet kimi qeydiyyatı yalnız alman astronomu İ.F. Enke tәrәfindәn aparılmış hesablamalardan sonra reallaşıb (1819 ildә). Әksәr kometlәrdә olduğu kimi E.k. dә çox kiçik albedoya (o qәbul etdiyi işığın yalnız 4.6%-ini qaytarır) malikdir. Onun nüvәsinin diametri 4.8 km.-dir.