ÉNKİ (şumercә), É a, Éyya (akkadca) – şumer-akkad panteonunda Anu vә Enlil ilә yanaşı, üç baş allahdan biri, şirin sulu yeraltı dünya okeanının (Abzu), elәcә dә yerüstü suların sahibi, müdrikliyin vә mәdәni ixtiraların himayәçisi. Miflәrdә, әsasәn, mәhsuldarlıq allahı, cahanşümul dәyәrlәrin yaradıcısı kimi çıxış edir. E. haqqında ilk yazılı mәnbәlәr e.ә. 27–26 әsrlәrә aiddir.