Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLAHİDDƏ AZƏRBAYCAN KORPUSU (ƏAK)

    ƏLAHİDDƏ AZƏRBAYCAN KORPUSU (ƏAK) Müsәlman korpusu әsasında yaradılmış hәrbi birlәşmә. 1917 ilin dekabrında әsası qoyulmuş Müsәlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmalaşdırılmışdı. 1918 il iyunun 26-da Azәrb. hökumәti Müsәlman korpusunu ƏAK adlandırmaqla özünün bu hәrbi struktura sahibliyini hüquqi cәhәtdәn tәsdiqlәdi. Hökumәtin hәmin tarixli başqa bir qәrarı ilә ƏAK qәrargahının ştatında qismәn dәyişiklik edildi vә korpus komandirinin yanında diviziya sәlahiyyәtindә xüsusi tapşırıqlar üçün general vәzifәsi tәsis olundu. ƏAK Qafqaz İslam Ordusunun tәrkibinә daxil edildi. Azәrb.-a hәrbi yardıma gәlmiş 5-ci Qafqaz firqәsi (diviziy a) dә ilk vaxtlar ƏAK-ın tәrkibindә idi. 5-ci Qafqaz firqәsinin komandiri xidmәti vәzifәlәri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilә bәrabәr ƏAK-ın komandanı Ə. Şıxlinskiyә dә hesabat verirdi. Korpusun strukturunu yenidәn qurmaq mәqsәdilә Qafqaz İslam Ordusu komandanının 1918 il 13 avqust tarixli әmri ilә ƏAK-ın qәrargahı müvәqqәti lәğv olundu, onun tәrkibindәki hissәlәr birbaşa Qafqaz İslam Ordusu komandanlığına tabe edildi. ƏAK-ın lәğvi ilә onun sıralarında fәaliyyәt göstәrәn zabitlәr dә xidmәtdәn kәnarlaşdırıldı, hissәlәrdә yazışmanın Azәrb. dilindә aparılması mәcburi şәrt kimi irәli sürüldü. 1918 il sentyabrın ikinci yarısında ƏAK-ın qәrargahı bәrpa edildi. Gen.-l. Ə. Şıxlinski korpusun komandiri, polkovnik H. Sәlimov isә qәrargah rәisi idi. İlkin olaraq, ƏAK-ın tәrkibindә iki piyada diviziyası formalaşdırıldı. 1-ci diviziyanın komandiri polkovnik (albay) Cәmil Cahid bәy, 2-ci diviziyanın komandiri isә Qafqaz İslam Ordusunun qәrargah rәisi olmuş Nazim bәy tәyin edildi. Hәr diviziya 3 piyada alayından ibarәt idi. 1918 il oktyabrın ortalarında 1-ci diviziyanın tәrkibindә 3 süvari alayı, 1 sәrhәd vә 1 topçu alayları var idi. Qafqaz İslam Ordusu komandanının tabeliyindә 4cü Azәrb. süvari alayının da formalaşdırılmasına başlanmışdı. Bununla yanaşı, ƏAK tabeliyindә 1-ci ağır topçu taboru, 1-ci qaubitsa taboru, teleqraf ta-boru, dәmir yol taboru vә tәyyarә dәstәsi var idi. 1918 il noyabrın әvvәllәrindә hәrbi nazirlik bәrpa edildikdәn sonra qoşun hissәlәrinin tәşkilinә vә fәaliyyәtinә rәhbәrlik bütünlüklә hәrbi nazirliyin әlindә cәmlәşdirildi. 1918 il noyabrın 15-dә ƏAK-ın qәrargah rәisi H.Sәlimov Ümumi qәrargahın rәisi, ƏAK komandiri Ə.Şıxlinski isә 1918 il dekabrın 29-da hәrbi nazirin müavini tәyin olundular. Nazirlәr şurasının 1919 il 2 yanvar tarixli qәrarı ilә ƏAK lәğv edildi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç