ƏLAHİDDƏ İSTİSMAR – çoxlaylı yataqlarda quyunun mәxsusi toru vasitәsilә müxtәlif neft vә qaz laylarından mәhsulun hasil edilmәsi prosesi. Ə.i. zamanı yatağın istismar edilmәsinә nәzarәt, prosesin analizi vә nizamlanması (xüsusilә yataqların birindә vә ya hamısında su basqısı rejimi yaranarkәn) asanlaşır. Ayrı-ayrı layların Ə.i.-ı yataqda müxtәlif layların neft axınını ayırmağa imkan verәn xüsusi avadanlıqlardan istifadә etmәklә, quyunun bir toru ilә dә hәyata keçirilә bilәr (bax Eynivaxtlı-әlahiddә istismar).