ENQANOLULAR, e n q q a n l a r, e n q a n l a r (özlәrini e t a k o l a r adlandırırlar) – İndoneziyada xalq. Sumatra sahillәri yaxınlığındakı Enqano a.-nda yaşayırlar. Sayları 1000 nәfәrdir (1999), getdikcә azalır. Avstroneziya dil ailәsinin Qәrbi Avstroneziya qrupuna daxil olan enq(q)ano dilindә danışırlar. Dindarları müsәlmanlar vә xristianlardır.
E., ehtimal ki, Sumatranın avtoxton әhalisinin nәsillәridir, Sumatra vә Yavadan köçetmәlәrin tәsirinә mәruz qalmışlar. Tropik toxa әkinçiliyi (taro, maniok, banan, kokos vә saqo palmaları), sahilyanı balıqçılıqla mәşğuldurlar. Ağac vә çәtәnә emalı, toxuma inkişaf etmişdir. Yaşayış mәskәnlәri sıx planlıdır. Evlәri (әvvәllәr dairәvi planlı) karkaslı-sütunlu, dirәküstü, düzbucaqlıdır; keçmişdә dairәvi idi. Geyimlәri 20 әsrin birinci yarısınadәk çәtәnәdәn hazırlanan vә kain adlanan bel sarğısıdır. Yemәklәri bitki mәnşәlidir. Düyünü alırlar. Kәnd icması qalmaqdadır. Ailә matrilokaldır, 20 әsrin ortalarınadәk matronimiyalar mövcud idi. Әnәnәvi inanclarının (әcdadların kultu, animizm) qalıqları saxlanılır.