ƏLAQƏ, dilçilikdә – birlәşәn sözlәrin leksik mәnaları, birlәşmә qaydaları ilә şәrtlәnәn vahidlәrin qarşılıqlı münasibәtlәri. Qrammatik Ə., nitqdә sözlәrin Ə.-si, mәna Ə.-si növlәri, qoşulma vә sintaktik formaları var. Qoşulma Ə.-si danışıq dili üçün sәciyyәvi olan sintaktik әlaqә növüdür. Bu zaman cümlәnin bir hissәsi mәna vә intonasiyaca öz yerindәn ayrılıb әsas cümlәdәn sonraya keçirilir, әlavә sәciyyәsi daşıyır. Sintaktik Ə. söz birlәşmәlәrinin vә cümlәlәrin daxilindәki ünsürlәrin qarşılıqlı münasibәtlәrini әks etdirәn әlaqәdir.