ƏLAQƏLƏNDİRİCİ, dilçilikdә – sintaktik әlaqәnin yaranmasına xidmәt edәn söz birlәşmәlәri vә sözlәr. Ə. söz birlәşmәlәri qoşmaların vә bağlayıcıların frazeoloji ekvivalentlәridir: buna görә, onun üçün, ondan ötrü, bunun üçündür (ki), vә, ona görә dә, o mәqsәdlә dә, bu sәbәbә görә dә, fәrqli olaraq, asılı olaraq, cavab olaraq. Ə. sözlәr qoşma vә bağlayıcıları kömәkçi nitq hissәlәrinin digәr növlәrindәn fәrqlәndirmәk üçün işlәdilәn ümumi addır.