ƏLAMƏT – orqanizmin xassәlәrinin istәnilәn fenotipik tәzahürü. Əksәr Ə.-in ifadәsi әtraf mühitin tәsirindәn asılı ola bilәr (modifikasiya Ə.-lәri). Morfoloji vә ya fizioloji xassәlәrin inkişafı genlәrin tәsirinin nәticәsi olmaqla, genotipik vә paratipik mühitlәrlә qarşılıqlı tәsirdәn asılıdır. Ə. irsәn keçmir. İrsәn ötürülmә yalnız orqanizmin mühitә tәsirinin reaksiya norması üçün xarakterikdir. Bir qayda olaraq, bir Ə.-in yaranmasında çoxsaylı gen lokusları iştirak edir. Ə.-in qazanılmış (orqanizmin inkişafı dövründә mühitin tәsiri nәticәsindә meydana gәlәn), cinslә mәhdudlaşan, cinslә nәzarәt olunan, oliqogen, yaxud keyfiyyәt, poligen, yaxud kәmiyyәt baxımından mühitә davamlı tiplәri fәrqlәndirilir.
Xassә, göstәrici, ölçü morfologiya xüsusiyyәtlәrinin, kimyәvi tәrkibin, yerinin, rәnglәrin, qidalı mühitdә mikroorqanizmlәrin qidalanma tәlәbatı vә böyümә xarakterinin, onların fermentativ aktivliyinin, antigen strukturlarının, xarici mühit faktorlarına hәssaslığının, yayılmasının, digәr orqanizmlәrlә qarşılıqlı әlaqәlәrinin tәyinedicisidir. Ə.-lәrin mәcmusu mikroorqanizmlәrin tәsnifatının qurulması, identifikasiyası vә diferensiasiyası üçün istifadә olunur.
Dominat Ə. heteroziqot fәrdlәrdә inkişafı tәyin edәn dominant allellә (A) әks Ə.-in tәyininә cavabdeh resessiv allelin (a) yatırılması vә ya susdurulmasıdır.
Fәrdin cinsindәn asılı olaraq Ə.-in fenotipik tәzahürü cinslә nәzarәt olunan Ə.-dir. Belә әlamәtlәrin erkәklәrdә dominant, dişilәrdә isә resessiv Ə.-lәr kimi meydana çıxması mümkündür. Bundan başqa, cinsdәn asılı olaraq eyni bir Ə.-in ekspressiyası müxtәlif ola bilәr (mәs., insanda keçәllik, yaxud dazlıq).
İrsi Ə. normada mәlum növün fәrdlәrinә xasdır, yaxud fәrdin genotipinin dәyişmәsi nәticәsindә yenidәn meydana gәlir vә bütün sonrakı nәsillәrdә (homoziqotluq zamanı) reproduksiya edir (çoxalır).
Cinslә mәhdudlaşan Ə. yalnız cinsi xromosomlarda uyğun genin ilişikliliyi ilә әlaqәli olan vә bir cinsdә tәzahür edәn fenotipdir.
Fasilәli Ə. istәnilәn hәcmdә diskret qiymәtlәr dәstinin seçimi ilә xarakterizә olunur (mәs., tam әdәdlәr). Fasilәli Ə.-ә say Ə.-lәri (ölçü) aiddir (mәs., bitkidә yarpaqların sayı, fәqәrәlәrin sayı vә s.). Fasilәli Ə.-lәr hәm kәmiyyәt tipinә (poligenlәrlә) görә, hәm dә kәmiyyәt Ə.-lәrinin tipinә (oliqogenlәrlә) görә determinә oluna bilәr.
Mәlum fәrdin әcdadlarında olmayan vә orqanizmin fәrdi hәyatı müddәtindә qazanılmış Ə. irsәn keçmir. Qazanılmış Ə. fәrdin inkişaf etdiyi mühitin spesifik şәraitinin tәsiri altında meydana gәlәn modifikasiyadır. Qazanılmış Ə.-lәrin irsiliyinin nәzәri әsasları 1908 ildә J.B. Lamarkın tәkamül tәlimindә tәsvir edilmişdir.
Müqayisә olunan obyektlәrdә istәnilәn genotipik, daha çox fenotipik Ə.-in (fәrdlәr, nümunәlәr) aydın diferensiasiyası fәrqlәndirici Ə.-dir.
Resessiv Ə. heteroziqot fәrddә tәzahür etmir, tәzahür etmәsi isә inkişafa nәzarәt edәn resessiv allelin tәsirinin nәticәsidir. Resessiv Ə. o vaxt tәzahür edir ki, ona nәzarәt edәn resessiv allel homoziqot vәziyyәtdәdir. Bu әlamәtlәrә heteroziqot heyvanların cütlәşmәsi, yaxud yaxın inbridinqin istifadәsi nәticәsindә meydana çıxan bәzi irsi qüsurlar aiddir.
“Oraqvarı hüceyrәlәr” anemiyası genin heteroziqotluğuna görә fenotipik tәzahür edәn Ə. (HbA vә Hbs allellәrin olması vә hәr iki tip hemoqlobinin sintezi), bu halda “oraqvarı” eritrositlәrin yaranması, yalnız oksigen aclığı şәraitindә müşahidә olunur vә “oraqvarı hüceyrә” Ə.-i olan şәxslәr üçün malyariya plazmodisinә yüksәk davamlılıq xarakterikdir.
Ə.-in yox olması – onun daşıyıcısı ilә bu Ə.-ti daşımayan fәrdin çarpazlaşması nәticәsindә yeni Ə.-in udulması effektidir.
Hәyat Ə.-lәri әksәr cansız sistemlәrdә olmayan canlı orqanizmlәrin xüsusiyyәtlәridir.
Keyfiyyәt Ə.-lәri – tәsiri irsi faktorların tәsirindәn aydın surәtdә ayrılmış bir, yaxud bir neçә genlә nәzarәt olunan Ə.lәrdir. Keyfiyyәt Ə.-lәri “var-yox” prinsipinә görә tәsvir edilir (mәs., qılçıqlı-qılçıqsız, әlvan-rәngsiz, fasilәli dәyişkәnliyә malikdir). Hibridlәşmә zamanı, әsasәn, Mendel qanunlarına uyğun irsәn ötürülür.
Kәmiyyәt Ə.-lәri – böyük sayda genlәrin (poligenlәr) mәcmu (ümumi) tәsiri ilә nәzarәt olunan Ə.-lәrdir. Kәmiyyәt Ə.-lәrinin fәrqlәndirilmәsi rәqәmlә ifadә edilir vә bu fәrqlәr ölçmә, çәki, hesablama vә s. ilә müәyyәn olunur. Ətraf mühitin tәsiri altında poligen nәzarәt vә böyük modifikasiya dәyişkәnliyi nәticәsindә kәmiyyәt Ə.-lәri fasilәsiz dәyişkәnliyә malikdir. Onlar “az-çox” prinsipinә görә tәsvir edilә bilәr, yәni müxtәlif fәrd vә formalara aid eyni bir Ə. müxtәlif dәrәcәdә ifadә olunur. Ətraf mühitin tәsiri nәticәsindә bu Ə.-lәrә poligen nәzarәt vә böyük variabellik onların fasilәsiz dәyişkәnliyinә yol açır.
Dolayı qiymәtlәndirilәn Ə.-lәr sortlarda öyrәnilәn әsas xassәlәrlә korrelyasiya әlaqәsi olan elә müxtәlif әlamәt vә göstәricilәrdir ki, onlar xassәnin olmasını әvvәl, yaxud hәtta birbaşa tәyinatsız da güman etmәyә imkan verir. Mәs., buğda ununun özlülük (yapışqanlıq) faizi vә möhkәmliyi onun keyfiyyәtinin çörәkçilikdә, günәbaxan toxumunun zirehli qatı onun günәbaxan güvәsi süfrәlәrinin zәdәlәmәlәrinә davamlılığının dolayı göstәricisidir.
Birbaşa qiymәtlәndirilәn Ə.-lәr – sortların vә seleksiya nömrәlәrinin qiymәtlәndirilmәsi bilavasitә onları xarakterizә edәn hesablama, çәkmә, ölçmә vә s. parametrlәr yolu ilә verilir [mәs., bitkinin hündürlüyü, yaxud aşağı qıçanın (әtli sünbülün) bәnd olunma hündürlüyü, yağın, yaxud zülalın miqdarı, 1000 dәnin kütlәsi, tarlada qışlamış bitkilәrin faizinә görә qışadavamlılıq vә s.].
Hәdd Ə.-lәri – irsiyyәtin vә xarici mühit şәraitinin tәsiri ilә yalnız müәyyәn hәddә çatdıqda tәzahür edәn poligen Ə.-lәrdir. Güman olunur ki, müәyyәn poligen Ə.-lәr yalnız uyğun allellәrin additiv (cәmi) tәsiri vә onların ekspressiyası son hәddә çatdıqda tәzahür edir.
Növmüxtәliflik Ə.-lәri – bitkinin mәlum növmüxtәlifliyinә aid olmasını müәyyәnlәşdirәn vә tarla aprobasiyası zamanı nәzәrә alınan fәrqlәndirici irsi morfoloji Ə.-lәrdir.
İlişikli Ə.-lәrdә – asılı olmayan kombinә edilmiş Ə.-lәr o şәrtlә yerinә yetirilir ki, bu Ə.-lәri müәyyәnlәşdirәn genlәr homoloji xromosomların müxtәlif cütlәrindә yerlәşirlәr (Mendelin üçüncü qanunu). Uyğun olaraq hәr bir orqanizmdә meyozdan asılı olmadan, sәrbәst kombinasiyaetmә qabiliyyәtinә malik genlәrin sayı cüt xromosomların sayı ilә mәhdudlaşır. Bir qayda olaraq, orqanizmdә genlәrin sayı xromosomların miqdarından xeyli çoxdur. Bir xromosomda lokalizә olunmuş genlәr ilişikli qrup yaradır vә birlikdә irsәn keçir. Morqan genlәrin birgә irsi ötürülmәsinin ilişikli irsi ötürülmә adlandırılmasını tәklif etmişdir.
Cinslә ilişikli Ə.-lәr – cinsi xromosomlarda lokalizә olunmuş (mәhdudlaşan) genlәrin Ə.-lәridir [mәs., kişi cinsinin birincili vә ikincili cinsi Ə.-lәrin inkişafını Y-xromosomda lokalizә olunmuş genlәr tәyin edir. Yvә ikinci X-xromosomlar (44+X) olmadıqda, aralıq cinsli-interseks-fәrd (Şereşevski–Terner sindromu) inkişaf edir. Y-xromosomu olan zaman iki vә daha çox X-xromosoma (44+XXY) malik olan insan kişi cinsli olacaqdır (Klaynfelter sindromu)].
Mühitә davamlı Ə.-lәrә xarici şәraitin cüzi tәsirilә bütün növ vә irqlәrin nümayәndәlәrindә rast gәlinir.
Tәzahür Ə.-lәri – müxtәlif orqanizmlәrdә eyni bir Ə.-in müxtәlif ekspressiyası homoloji fәrqliliklәrdir. Ə. әn azı iki cür tәzahür edә bilәr: “var-yox”, yaxud “әsas әlamәt–törәmә әlamәt”, hәmçinin çoxsaylı digәr imkanlar.
Yerdәyişmә Ə.-lәri qarşılıqlı әlaqәdә olan növlәrin simpatrik populyasiyalarındakı müәyyәn, çox vaxt marker sayılan (cütlәşmәyә sövq edәn nәzәrәçarpan әsas әlamәtlәr, qoxular, qayğı ilә yanaşma formaları, sәslәr vә s.) vә ya adaptiv (anatomik, fizioloji vә ya davranış) әlamәtlәrinin allopatrik populyasiyalarla müqayisәdә daha çox tәzahür etmәsidir. Ə. fizioloji, yaxud davranış әlamәtlәrinin daha güclü ifadәsidir. Yerdәyişmә Ə.-lәri birbaşa rәqabәtdәn qaçmaqla mәlum növü digәrlәrindәn ayırmaq üçün faydalı, yaxud eyni ekoloji mәkanın müxtәlif sahәlәrinin istifadәsi üçün allosterik Ə.-lәri güclәndirәn seçmәnin bilavasitә tәsir effektinә aiddir.