ЕNQLẺR Fransuả (fr. François Enqlert) (d.6.11. 1932, Belçika, Etterbek – Brüsselin r-nlarından biri) – Belçika nәzәriyyәçi-fiziki. Nobel mükafatı laureatı (2013, P. Hiqqs ilә birlikdә). Mühәndis-elektromexanika ixtisası üzrә fransızdilli Brüssel Müstәqil Un-tini bitirmişdir (1955). Tәdqiqatları statistik fnin kvant nәzәriyyәsi, kosmologiya, simlәr nәzәriyyәsi vә superqravitasiya sahәsinә hәsr edilmişdir. 1959–61 illәrdә Kornell Un-tindә işlәmişldir. Sonra Brüssel Un-tinә qayıdaraq orada prof. vәzifәsindә çalışmış, 1998 ildә fәxri prof. vәzifәsini almışdır. 2011 ildәn Kaliforniyadakı Çepmen Un-tinә dәvәtolunan prof. vәzifәsindә çalışır. Bundan başqa o, 1984 ildәn Tәl-Әviv Un-tindә fizika vә astronomiya kollecinin professorudur. Nәzәri fizika sahәsindәki işlәrinә görә E. bir çox mükafatlara layiq görülmüşdür. 2011 ildә Belçika kralı II Alberto ona baron titulunu vermişdir.