ƏLAMƏT, dilçilikdә – müәyyәn kateqoriyaya mәxsusluğun tәzahürü, aydın şәkildә ifadәsi. Şәxs, cins vә üslubi formaları, qrammatik, morfoloji vә cümlә Ə.-i növlәri var. Qrammatik Ə. qrammatik mәna vә münasibәtlәrin formal tәrzdә ifadәsidir. Morfoloji Ə. müәyyәn söz qruplarını әhatә edәn qrammatik kateqoriyanın morfoloji ifadәsidir. Cümlә Ə.-i cümlәni nitqdә işlәnәn digәr dil vahidlәrindәn fәrqlәndirәn intonasiya, pauza, predikativlik, tәsriflәnәn feil vә digәr dil vasitәlәridir.