ƏL-ASİ, Nәhr-әl-Asi (antik dövrdә Oront) – Livan, Suriya vә Türkiyәdә çay. Uz. 571 km, hövzәsinin sah. 22,5 min km2. Başlanğıcını Livanda Bekaa vadisindәn götürür. Suriya әrazisindә Homs gölündәn (sah. 60 km2) keçәrәk Türkiyәdә Aralıq dәnizinin Antakya körfәzinә tökülür. Ortaillik su sәrfi 80 m3/san; qışda gursuludur. Suvarmada istifadә olunur. Homs (Suriya), Antakya (Türkiyә) ş.-lәri Ə.-A. sahilindәdir.
Ял-Аси чайы. Сурийа.