ƏLAVƏ, diçilikdә – cümlәdә özündәn әvvәlki üzvü konkretlәşdirәn, izah edәn söz vә ya söz birlәşmәsi. Aid olduğu cümlә üzvünün xüsusiyyәtlәrini daşıyır. Paralel, xüsusilәşәn, xüsusilәşmәyәn növlәri var. Paralel Ə. iki vә daha artıq әlavә tәrkibin yanaşı işlәnmәsidir. Xüsusilәşәn Ə. izah etdiyi cümlә üzvündәn sonra gәlib ondan xüsusi fasilә ilә ayrılır. Cümlәnin bütün üzvlәrinin xüsusilәşәn Ə.-si olur. Xüsusilәşmәyәn Ə., әsasәn, ümumi isimlәri vә adlıq haldakı şәxs әvәzliklәrini konkretlәşdirir.