Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLAVƏ DƏYƏR

    ƏLAVƏ DƏYƏR – iqtisadi fәaliyyәt prosesindә yaradılmış dәyәr; istehsal prosesindә  әmtәә  vә  ya  xidmәtin  dәyәrinin artmasının hәcmini әks etdirәn kәmiyyәt göstәricisi. Mәhsul buraxılışının dәyәri ilә istehsal prosesindә sәrf edilmiş әmtәә vә xidmәtlәrin dәyәrlәri arasındakı fәrq kimi müәyyәn olunur. Ə.d.-in ümumi vә xalis növlәri fәrqlәndirilir. Ümumi Ə.d. ümumi istehsal ilә aralıq istehlak arasındakı fәrqlә tәyin olunur, yәni әsas kapitalın istehlakını da әks etdirir. Xalis Ə.d. әsas kapital istehlakını әks etdirmәdiyindәn, elә hәmin hәcmdә ümumi Ə.d.-dәn az olur.

    Ə.d. milli hesablar metodologiyasının mühüm göstәricilәrindәn biri, istehsal prosesinin әsas xarakteristikasıdır. İqtisadiyyat üzrә ümumi Ə.d. bütövlükdә ÜDM-i; müvafiq olaraq, iqtisadiyyat üzrә mәcmu xalis Ə.d. ümumilikdә xalis daxili mәhsulu tәşkil edir.

    İstehsal ilә arfalıq istehlak arasındakı fәrq kimi Ə.d. istehsal hesabını balanslaşdırır. Hesabların ardıcıllığında Ə.d. gәlirlәrin formalaşması hesabının resurs hissәsini tәşkil edir, bu hissәyә isә istifadә yönünә görә üç әsas mövqe uyğun gәlir: işçilәrin әmәyinin ödәnilmәsi, istehsala vә idxala qoyulan xalis vergilәr, mәnfәәt (qarışıq gәlir). Bununla da “Ə.d.” anlayışı bazar iqtisadiyyatının tәhlil alәti kimi milli hesablar sisteminin ilkin tәmәl şәrtlәrindәn birini әks etdirir: dәyәr әmәk vә kapital sayәsindә yaranır.

    Ə.d. göstәricisi hәm bilavasitә istehsal prosesinin, hәm dә onun nәticәlәrinin hәcmi vә struktur xarakteristikasının tәhlili üçün tәtbiq edilir: mәs., eyni vaxtda istehsal olunmuş Ə.d.-in hәcmlәrinin müqayisәsi istәnilәn tip istehsal fәaliyyәtinin kәmiyyәtcә  müqayisәsinә  imkan  verir; buraxılışın  strukturunda  Ə.d.-in  xüsusi çәkisi istehsal prosesindә istifadә olunan texnologiyaların xarakteristikası ola bilәr vә s.

    İstehsalın inkişafının zaman daxilindә tәhlili vә proqnozlaşdırılması üçün Ə.d.-in dinamik ardıcıllığını qurarkәn Ə.d. göstәricisinin sabit qiymәtlәr әsasında hesablanması metodu xüsusi әhәmiyyәt kәsb edir. Ə.d.-in hәcmi birbaşa statistik müşahidә әsasında deyil hesablama (ümumi mәhsul istehsalı ilә aralıq istehlak arasında fәrq kimi) nәticәsindә qiymәtlәndirildiyinә görә, Ə.d.-i bir başa hәr hansı statistik müşahidә әsasında sabit qiymәtlәrdә hesablamaq mümkün deyil. Cari qiymәtlәrlә mәhsul buraxılışının dinamik ardıcıllığı deflyasiya (ing. deflation) olunur, yәni buraxılış qiymәti indeksi vasitәsilә sabit qiymәtlәrlә yenidәn hesablanır. Belә bir deflyasiya әmәliyyatı cari qiymәtlәrlә aralıq istehlakın dinamik ardıcıllığı üçün dә hәyata keçirilir; bu zaman hesablama cari qiymәtlәrlә olan aralıq istehlakın qiymәt indeksi әsasında aparılır. Nәticәdә iki dinamik ardıcıllıq alınır – sabit qiymәtlәrdә mәhsul buraxılışı vә aralıq istehlak. Belә yanaşma ikiqat deflyasiya adlanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç