Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ENLİYARPAQLI MEŞƏLƏR

    ENLİYARPAQLI MEŞӘLӘR – yarpaq lövhәsi enli, yarpağını tökәn (yayda yaşıl) ağaclardan әmәlә gәlmiş meşәlәr. Şim. Amerikanın ş. hissәsindә, Avropada, Şim. Çindә vә Yaponiyada şimalda iynәyarpaqlı (boreal) meşәlәr (bax Tayqa) vә çöllәrlә c.-da Aralıq dәnizi, yaxud subtropik bitkilәr arasında yerli bitkilik kimi yerlәşmişdir.

    E.m. zәif kontinentallığı olan rütubәtli vә mülayim-rütubәtli r-nlara, il әrzindә yağıntının bәrabәr düşmәsinә vә nisbәtәn yüksәk temp-ra uyğunlaşmışlar. E.m. üçün boz, tünd-boz vә qonur meşә torpaqları, bәzәn qara torpaqlar tipikdir.

    E.m.-dә ağaclar 1-2-ci yarusu (mәrtәbә) tutur; 3-cü yarusu ağacların vә kolluqların әmәlә gәtirdiyi meşәaltı, 4-cü vә 5-ci yarusu otlu-kolcuqlu bitki örtüyü tәşkil edir. Avropada fıstıq, palıd, bәzәn vәlәs vә cökәdәn ibarәt E.m. çoxdur, әsas meşә әmәlәgәtirәn ağaclarla yanaşı, orada göyüş, qarağac, ağcaqayın kimi ağacların bitmәsi adi haldır. Şimali Amerikada әn çox ağcaqayın-fıstıq, palıd-vәlәs, palıd, keçmişdә isә palıd-şabalıd meşәlәri geniş yayılmışdı. Tülpan, likvidambar, cökә vә s. ağaclara tez-tez rast gәlinir. İynәyarpaqlı-enliyarpaqlı meşәlәr yarımzonasında ağacların xeyli hissәsi şam, küknar, qaraşam ağacından vә s. iynәyarpaqlı cinslәrdәn ibarәtdir. Şәrqi Avropa E.m.-nin meşәaltısı üçün fındıq, çöl vә tatar ağcaqayını, meşә gilası vә gәrmәşovun bitmәsi sәciyyәvidir. E.m.-in ot örtüyündә mezofil evtrof, yaxud mezotrof növlәr, Avropa meşәlәrindә zöhrәotu, mәlәkotu, kәlәvüc, çobandüdüyü, ballıca çәtiryarpaq, tüklü cil vә s. üstünlük tәşkil edir. Yaz efemeroidlәri-geofitlәri olan mahmızlalә, әsmә, dişotu, qaraçiçәyi, qaz soğanı növlәri E.m.-in özünәmәxsus bitkilәridir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV