ENOFTÁLM (yun. εν – içindә + ophthalmos – göz) – göz almasının göz yuvasında normaya nisbәtәn daha dәrin vәziyyәti. Әn çox baş vermә sәbәbi – göz yuvası divarının sınmış ağır travması vә sonradan onun yumşaq toxumalarının atrofiyası. Bәzәn E. gözün simpatik innervasiyasının pozulması nәticәsindә, habelә göz almasının anadangәlmә kiçilmәsi – mikroftalmiya zamanı müşahidә olunur. Müalicәs i: ona sәbәb olan xәstәliyin aradan qaldırılması. Bax Ekzoftalm.