ALLAHVERDİYEV Süleyman İfxan oğlu (d.1.8.1950, Erm. SSR Krasnoselsk r-nu, Çaykәnd k.) – biologiya e.d. (2002). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1973). REA-nın Fundamental Bioloji Problemlәr İn-tunda (Moskva vil., Puşşino ş.) çalışmış (1977– 2010), REA-nın Bitki Fiziologiyası İn-tunda (Moskva ş.) laboratoriya müdiri (2010 ildәn) işlәmişdir. MDU-nun (2014 ildәn), Moskva Fizika vә Texnologiya İn-tunun (2016) prof.-u olmuşdur. 2016 ildәn AMEA-nın Molekulyar Biologiya vә Biotexnologiyalar İn-tunda laboratoriya müdiridir.
Tәdqiqatları 2-ci fotosistemin reaksiya mәrkәzindә feofitin (Pheo) molekulunun tapılması, onun energetikası vә kinetikasının tәdqiqinә, elektronların ötürülmәsindә roluna hәsr olunmuşdur. Günәş enerjisinin fotokatalitik yolla başqa enerji növlәrinә çevrilmәsini, xarici streslәrin
bitkilәrә tәsirini, bitki fotoreseptorlarından siqnalın ötürülmәsi mexanizmlәrini öyrәnir, süni fotosintez sisteminin yaradılması üzәrindә çalışır.
“NanoPhotoBioSciences” jurnalının baş redaktoru (2013 ildәn), bir sıra beynәlxalq elmi jurnalların redaksiya heyәtinin üzvüdür. 400-dәn çox elmi әsәri, 6 patenti vardır. Elmi kadrların hazırlanmasında xidmәtlәri var.
Ә s ә r i: Переменная и замедленная флуоресценция хлорофилла а – теоретические основы и практическое приложение в исследовании растений. Москва-Ижевск, 2014 (Qoltsev, Kalaci vә Kuzmanov ilә birlikdә).