AŞURBӘYLİ İqor Rauf oğlu (9.9.1963, Bakı) – aerokosmik müdafiә sahәsindә alim. Texnika e.d. (2011), prof. (2008). Elm vә texnika sahәsindә RF Dövlәt mükafatı laureatı (2010). İsa bәy Aşurbәyovun nәticәsidir. Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1985). 1988 ildә proqram tәminatının hazırlanması, kompüterdә işlәmәyin tәdrisi ilә mәşğul olan “Sosium” kooperativ әlaqәlәndirmә-istehsal birliyini yaratmış vә rәhbәrlik etmişdir. 1990 ildә Moskvaya köçmüş, orada “Sosium” Ümumittifaq elmi-istehsalat birliyi yaratmış vә ona rәhbәrlik etmişdir. 1991 ildәn “Almaz” EİB-dә fәaliyyәtә başlamış, orada müxtәlif vәzifәlәrdә çalışmışdır. 2000–2011 illәrdә “Almaz-Antey” elmi-istehsalat birliyi QSC-nin baş direktoru olmuşdur. 2001 ildәn indiyәdәk Hava-kosmik sfera mәsәlәlәri üzrә qeyri-tәsisat ekspert şurasının rәyasәt heyәtinin sәdri, 2008 ildәn Moskva Dövlәt Radiotexnika, Elektronika vә Avtomatika İn-tunun baza kafedra rәhbәridir. 2013 ildә Vyanada Beynәlxalq aerokosmik tәdqiqat mәrkәzi yaratmışdır. Onun rәhbәrliyi altında C-300 “Fa- vorit” zenit raket sisteminin yeni modifikasiyaları yaradılmış, C-400 “Triumf”, C-500, “Vityaz” zenit raket sistemlәri işlәnib hazırlınmışdır. 100-dәn çox elmi әsәrin,o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Orden vә medallarla tәltif edilmişdir.
Ә s ә r i : Сложные радиоэлектронные системы вооружения (A.İ.Laqoviyer vә S.P.Sokolovla birlikdә). M., 2010.