ƏLAVƏ DƏYƏR VERGİSİ (ƏDV) (ing. value-added tax VAT) – әsas vergi növlәrindәn biri; әmtәә vә xidmәtlәrә tәtbiq olunan dolayı vergi. ƏDV xammaldan istehlak predmeti yaranana kimi istehsal prosesinin bütün mәrhәlәlәrindә dәyәr artımının müәyyәn hissәsinin büdcәyә tutulma formasını ifadә edir vә hәr bir satış aktına şamil olunur.
ƏDV-ni onun fәaliyyәt sxeminin tәsvirini verәn M. Lore (Fransa) tәklif etmişdir. Bu vergi növü dövriyyә vergisini әvәzlәmiş, 1967 ildә AİB-in üzv ölkәlәri üçün әsas dolayı vergi növü kimi tәsdiq olunmuşdur (AİB-ә üzv olmağın әsas şәrtlәrindәn biridir). 80-ci illәrin ortalarında AİB ölkәlәrinin büdcәlәrinә ümumi vergi daxilolmalarında ƏDV-dәn gәlәn gәlirin payı orta hesabla tәqr. 17%, ÜDM-dә isә tәqr. 7% tәşkil etmişdir.
ƏDV ödәyicilәri istehsal vә digәr kommersiya fәaliyyәti ilә mәşğul olan xarici investisiyalı müәssisәlәr dә daxil olmaqla hüquqi şәxs statusuna malik müәssisә vә tәşkilatlar; öz adından әmtәә, iş vә xidmәtlәri realizә edәn tam mәsuliyyәtli tәşkilatlar; istehsal vә digәr kommersiya fәaliyyәti ilә mәşğul olan fәrdi (ailә) özәl müәssisәlәr; әmtәә, iş vә xidmәtlәri müstәqil şәkildә realizә edәn müәssisәnin filialları, şöbәlәri vә digәr ayrılmış bölmәlәri; istehsal vә s. kommersiya fәaliyyәti ilә mәşğul olan beynәlxalq birlik vә xarici hüquqi şәxslәrdir.
ƏDV Azәrb. Resp.-nın vergi sistemindә 1 yanvar 1992 ildәn tәtbiq olunur. Qüvvәdә olan Vergi Mәcәllәsinә әsasәn ƏDV – vergi tutulan dövriyyәdәn hesablanan verginin mәblәği ilә tәqdim edilmiş vergi hesab-fakturalarına vә ya idxalda ƏDVnin ödәnildiyi göstәrilәn sәnәdlәrә müvafiq surәtdә әvәzlәşdirilmәli olan verginin mәblәği arasındakı fәrq kimi qәbul olunur. Azәrb.-da ƏDV-nin standart dәrәcәsi 18%, azaldılmış dәrәcәsi isә 10,5% – 0% tәşkil edir.