AŞURBӘYOV Әjdәr bәy Musaxan bәy oğlu (1855, Bakı yaxınlığındakı Sabunçu k. – 1923, Bakı) – Azәrb. milyonçusu, xeyriyyәçi. Bakı şәhәr dumasının deputatı (1904–07; 1907–10; 1911–14), Bakı bәlәdiyyә rәisi yanında neft işlәri üzrә komissiyanın üzvü, “Nicat” müsәlman xeyriyyә cәmiyyәtinin (1906) tәsisçisi olmuşdur. “Nicat” cәmiyyәtinin şurası, kitabxanası vә oxu zalı, hәmçinin “İrşad” qәzetinin redaksiyası A.-un evindә yerlәşirdi. Şәxsi vәsaiti hesabına Sabunçu şәhәr mәktәbini tikdirmiş vә ona himayәdarlıq etmiş, tәhsil almaq üçün xaricә tәlәbәlәr göndәrmişdir. Tiflisdәki “Qadın müsәlman mәktәbi”nin fәxri himayәdarı idi. “Şollar” su kәmәrinin, Sankt-Peterburq ş.-ndә inşa olunan mәscidin vә Sabunçu şәhәr xәstәxanasının tikintisinә kömәklik göstәrmişdir. 1912–13 illәrdә öz vәsaiti ilә Bakıdakı “Әjdәr bәy mәscidi”ni (memar Z.Әhmәdbәyov) tikdirmişdir; orada dәfn edilmişdir.