ƏLAVƏ XƏRCLƏR – әsas istehsal ilә bağlı, müvafiq müşayiәtedici xәrclәr, mәsrәflәr. Bu xәrclәr әsas vәsaitlәrin istismarı vә saxlanılması, istehsalın tәşkili, xidmәt olunması vә idarә edilmәsi, ezamiyyәt, işçilәrin öyrәdilmәsi vә qeyri-mәhsuldar xәrclәrdir (boşdayanmalardan itkilәr vә s.). Əlavә xәrclәr mәhsulun maya dәyәrinә, istehsal vә tәdavül xәrclәrinә aid edilir.