ƏLAVƏ (TÖRƏMƏ) ORQANLAR, adventiv orqanlar – qeyri-homoloji orqanlar üzәrindә vә bir qayda olaraq, nisbәtәn gec vә endogen halda әmәlә gәlәn orqanlar (mәs., kök biclәri verәn bitkilәrin köklәrindә әlavә zoğlar, qıjıkimilәrin gövdәlәrindә әlavә köklәr). Bir çox növlәrdә onlar bitkinin hәyatı boyu müntәzәm şәkildә formalaşır, lakin bir sıra növlәrdә zәdәlәr, tәbii vә süni çiliklәmә nәticәsindә inkişaf edir. Bәzәn әlavә köklәr xüsusi funksiyaları yerinә yetirir (mәs., daşsarma-daşsarmaşığında dayaq ağacın qabığına yapışmaq üçün, manqr cәngәlliklәri bitkilәrini yumşaq qrunt üzәrindә “yeriyәn köklәr” saxlayır). Ə.o.-ın әmәlәgәtirmәk (yaratmaq) qabiliyyәti vegetativ çoxalma (titrәk qovaqda, moruqda, eşşәkqanqalında vә digәrlәrindә kök biclәri ilә, bağ çiyәlәyindә bığcıqlarla, kartofda kökyumruları ilә, soğanda, dağlalәsindә, zanbaqda soğanaqlarla vә s.) әsasında baş verir. Bitkiçilikdә, meşәçilikdә bitkilәrin introduksiyasında çiliklәmә, firqәndә (basdırma qәlәm) ilә çoxaltma, kökümsovu bölmәklә bu üsuldan istifadә olunur. Bәzәn homoloji orqanların köhnә hissәlәrindә әmәlәgәlәn orqanlar (köhnә ox köklәr üzәrindә çıxan әlavә köklәr, gövdәlәrin düyünaralarındakı tumurcuqlar) da Ə.o. adlanır.