ÇİNARTALA YAŞAYIŞ YERİ – Azәrb. Resp. Xaçmaz r-nu әrazisindә, Xaçmaz–Xudat avtomobil yolundan 1,5 km c.-q.-dә çoxtәbәqәli arxeoloji abidә. Sah. 2200 m2, hünd. 11–14,5 m-dir. Ç.y.y.-nin 8–12 әsrlәrә aid edilәn üst tәbәqәsindәn, әsasәn, şirli qablar (camlar, sәhәnglәr, “çaydanlar”, küplәr vә s.), sümük alәtlәr tapılmışdır. Abidәnin Dәmir dövrünә aid edilәn ikinci tәbәqәsi çәhrayı, boz vә qara rәngli keramika ilә tәmsil olunur. Tәyinatına görә qablar yapma lentlәrlә, çәpinә çәrtmәlәrlә vә ya basma naxışlarla bәzәdilmiş küplәrә vә küpәlәrә bölünür. Orta Tunc dövrünә aid küp vә küpә fraqmentlәri üçün qoşa qövsvarı çәrtmә xәtlәrdәn ibarәt ornament sәciyyәvidir. Ç.y.y.-nin Erkәn Tunc dövrünә aid әn zәngin tәbәqәsindәn küp, küpә, vaza, cam fraqmentlәri, saxsı tәkәr modellәri, dәndaşı, puta vә s. aşkar edilmişdir.
Чинартала йашайыш йери. Сахсы габ.