ƏLAVƏ REZİSTÓR, ölçmә texnikasında – elektrik gәrginliyinin ölçülmә hәdlәrinin genişlәnmәsi üçün elektrik-ölçmә cihazına ardıcıl qoşulan müәyyәn qiymәtli müqavimәtә malik rezistor. Ə.r.-dan istifadә edilәrkәn ölçülәn gәrginliklә (U) ölçmә cihazının göstәrdiyi gәrginlik (Uc) arasında әlaqә U=Uc(rc+R)/rc bәrabәrliyi ilә tәyin edilir. Burada rc – ölçmә cihazının daxili müqavimәti, R – Ə.r.-un müqavimәtidir.