DAĞLI (2015 ilәdәk Әli Bayramlı) – Azәrb. Resp. Zaqatala r-nunda kәnd. Dağlı ә.d.-nin (Dağlı, Qalal, Qarqay k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 16 km c.-q.-dә, Talaçayın (Qanıx çayının qolu) sahilindә, Qanıx-Әyriçay çökәkliyindәdir. Әh. 3092 (2016); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, kitabxana, klub, tibb vә baytarlıq mәntәqәlәri, poçt, un dәyirmanı, ATS, mәscid var.