ƏLAVƏ SİNİR – mәmәlilәrdә vә insanda 11-ci cüt kәllә-beyin siniri; hәrәki sinir. Ə.s. liflәri başlanğıcını uzunsov beyindәn vә onurğa beyninin boyun şöbәsindәn götürür, kәllә boşluğundan vidaci dәlik vasitәsilә çıxır. Boynun döş-körpücük-mәmәyәbәnzәr әzәlәsini vә trapesiyayabәnzәr әzәlәni innervasiya edir. Ə.s. liflәrinin bir hissәsi azan sinirә birlәşәrәk yumşaq damağın, udlağın vә qırtlaq әzәlәlәrinin innervasiyasında rol oynayır.