ƏLCƏZAİR Əlcәzair Xalq Demokratik Respublikası
Ümumi mәlumat
Afrikanın şm.-ında dövlәt. Q.-dә Mәrakeş vә Qәrbi Böyük Sәhra, c.-q.-dә Mavritaniya vә Mali, c.-ş.-dә Niger, ş.-dә Liviya vә Tunislә hәmsәrhәddir. Şm.-dan Aralıq dәnizi ilә әhatәlәnir. Sah. 2381,7 min km2. Əh. 40,4 mln. (2008). Paytaxtı Əlcәzair ş.-dir. Rәsmi dil әrәb dili, pul vahidi Əlcәzair dinarıdır. İnzibati cәhәtdәn 48 vilayәtә bölünür.
Ə. BMT-nin (1962), ƏDL-in (1962), Afrika İttifaqının (1999; 1963–98 illәrdә ABT), BYİB-in (1963), BVF-nin (1963), OPEK-in (1969) üzvüdür.
Dövlәt quruluşu
Ə. unitar dövlәtdir. Konstitusiyası 28.11.1996 ildә qәbul edilmişdir. İdarәetmә forması qarışıq respublikadır.
Dövlәt vә icraedici hakimiyyәt başçısı prezidentdir, birbaşa vә ümumi sәsvermә ilә 5 il müddәtinә seçilir (bir dәfә yenidәn seçilmәk hüququ ilә). Prezident ali hakimiyyәti hәyata keçirir, daxili vә xarici siyasәti müәyyәnlәşdirir, Nazirlәr şurasına başçılıq edir, silahlı qüvvәlәrin ali baş komandanıdır.
Ali qanunverici hakimiyyәti ikipalatalı parlament tәmsil edir (1996 il konstitusiya islahatı nәticәsindә yaradılmışdır). Aşağı palata – Milli xalq mәclisi 380 deputatdan (ümumi vә birbaşa sәsvermә ilә 5 il müddәtinә seçilir), yuxarı palata – Millәt şurası hәr üç ildәn bir yarısı yenilәnәn 144 deputatdan ibarәtdir. Millәt şurasının üçdә ikisi vilayәt vә dairә (komunna) hakimiyyәtlәrinin seçkili orqanları tәrәfindәn 6 il müddәtinә seçilir, üçdә birini isә prezident tәyin edir.
İcraedici hakimiyyәti prezidentin tәyin etdiyi baş nazirin başçılığı altında hökumәt hәyata keçirir. Digәr nazirlәr baş nazirin tәqdimatı ilә tәyin olunurlar. Hökumәt Milli xalq mәclisi qarşısında mәsuliyyәt daşıyır.
Ə.-in siyasi partiya vә birliklәri: Milli demokratik birlik (MDB), Milli azadlıq cәbhәsi (MAC), Dünya cәmiyyәti hәrәkatı (DCH), Mәdәniyyәt vә demokratiya uğrunda birlik (MDB).
Tәbiәt
Relyef. Şimali Ə.-in relyefi Atlas d-rının bir-birinә paralel silsilәlәri (TәllAtlas, Böyük Sәhra Atlası), hәmçinin ensiz dәrin dağarası dәrәlәrlә parçalanmış Varsenis, Böyük әl-Qәbail vә Kiçik әl-Qәbail, Hodna, Ores massivlәrindәn ibarәtdir. Ərazinin çox hissәsini tutan Əlcәzair Böyük Sәhrasının relyefindә qumlu vә daşlı sәhralar, hünd. 500 m-ә çatan platolar üstünlük tәşkil edir. C.-ş.dә geniş Əhaqqar vulkanik yaylası (Tahat d. – 2918 m, Ə.-in әn hündür nöqtәsi) yerlәşir.
Geoloji quruluş vә faydalı qazıntılar.
Ə. әrazisindә Böyük Sәhra (Kembriyәqәdәrki Afrika platformasının bir hissәsi) vә Tәll-Atlas (Alp-Himalay mütәhәrrik qurşağının q. seqmenti) geol. vilayәtlәrini ayırırlar. Böyük Sәhra platformasının bünövrәsi metamorfik süxurlardan ibarәtdir; bu süxurlar platformanın q.-indә vә c.-ş.-indә sәthә çıxır. Tәll-Atlas geol. vilayәtindә subenlik boyu uzanan tektonik örtüklәr (Daxili, Mәrkәzi, Xarici zonalar vә Tәllönü çökәk) seriyası ayrılır. Daxili zonanı Afrika platforması bünövrәsinin metamorfik süxurları, Mәrkәzi zonanı Tabaşir–Alt Paleogenin flişi, Xarici zonanı Tabaşir–Paleogenin dәrinlik mergellәri, әhәngdaşıları, radiolyaritlәri vә Yuranın dayazlıq karbonatları tәşkil edir; Tәllönü çökәk Neogenin dәniz molasları ilә dolmuşdur. Ə.-in bir çox rayonu, xüsusilә Tәll-Atlas d.-rı üçün yüksәk seysmiklik (6–7 bal) xarakterikdir. 1954, 1980, 1994, 2003 illәrdә dağıdıcı zәlzәlәlәr olmuşdur.
Faydalı qazıntıları: neft, tәbii qaz, uran, dәmir, manqan, mis, qurğuşun, sink, civә, sürmә, qızıl, qalay, volfram, barium filizlәri.
Ящаггар даьлары.
İqlim. Şimali Ə.-in iqlimi subtropik, Aralıq dәnizi tiplidur. Qışı isti vә yağışlı, yayı qızmar vә quru keçir. Orta temp-r yanvarda sahilboyunda 12°C, dağarası düzәnliklәrdә 5 °C, iyulda 25°C-dir. İllik yağıntı Tәll-Atlasda 400–800 mm, әl-Qәbail massivlәrindә 1200 mm-ә qәdәrdir. Əlcәzair Böyük Sәhrasına keçid zonasında iqlim daha quru, yarımsәhra tiplidir (orta temp-r iyulda 32–36°C, illik yağıntı 200–400 mm- dir). İqlimi quru vә isti tropik sәhra iqlimi olan Böyük Sәhrada sutka әrzindә temp-r tәrәddüdü 20°C-dәn yuxarıdır (yayda temp-r gündüz 40°C vә daha yuxarı, gecә 20°C, qışda uyğun olaraq tәqr. 20°C, 0°C vә aşağı). İllik yağıntı 50 mm-ә qәdәrdir. Quru külәklәr tez-tez qum fırtınaları yaradır.
Çaylar vә göllәr. Ə.-dә daimi axarı olan çay azdır. Mühüm çayı Şәlifdir (700 km). Çaylardan suvarmada istifadә edilir. Şimali Ə.-dәki çaylarda bәndlәr, su anbarları, SES-lәr tikilmişdir. Şor göllәrin (sebhlәrin) çoxu dağarası çuxurlardadır. Yayda göllәr quruyur vә 40 – 60 sm qalınlıqda duz qatı ilә örtülür. Böyük Sәhrada zәngin yeraltı su ehtiyatları var.
Шятт-Мелgир эюлц.
Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Şimali Ə.-dә qәhvәyi torpaqlar, dağlarda isә onların növmüxtәlifliyi üstünlük tәşkil edir. Sebhlәrin әtrafında şorakәt massivlәri vardır. Böyük Sәhrada tropik sәhraların çınqıllı torpaqları, sovrulan vә yarımbәrkimiş qumlar yayılmışdır. Bәzi yerlәrdә intensiv buxarlanma nәticәsindә torpağın sәthindә dәmir vә manqan birlәşmәlәri sәhra lakı adlanan qara nazik tәbәqә әmәlә gәtirir.
Sahilboyu әrazilәrdә Aralıq dәnizi tipli bitkilәr olan quru sәrtyarpaqlı hәmişәyaşıl ağaclar vә kolluqlar sәciyyәvidir. Dağlarda yüksәklik qurşaqlığı yaxşı görünür. 400–500 m-әdәk yüksәklikdә hәmişәyaşıl kolluqlar vә alçaqboylu ağaclar (makvis), hәmçinin becәrilәn bitkilәr (zeytun, püstә ağacı vә s.), daha yuxarıda mantar vә hәmişәyaşıl (daş) palıd vә yarpağıtökülәn ağac cinslәrindәn ibarәt meşәlәr vardır. 1200 –1500 m yüksәklikdә Hәlәb şamağacı, 2000 m-әdәk yüksәklikdә ardıc kolları vә tuya, daha yuxarıda Atlas sidri bitir. Yüksәk platolarda şiyav, yovşan, naz kimi ot bitkilәri üstünlük tәşkil edir. Böyük Sәhranın bitki örtüyü çox kasaddır, әsasәn, efemerlәr vә şoranotu kimi birillik bitkilәrlә tәmsil olunur. Çoxillik otlar, tikanlı kolluqlar vә yarımkolluqlara yalnız qrunt sularının sәthә yaxın olduğu yerlәrdә rast gәlinir.
Heyvanlar alәmi xeyli dәrәcәdә mәhv edilmişdir. Ə.-in şm.-ında bәrbәr makakası (maqo), qaban, Qәbiliyyә dovşanı qalmışdır; Böyük Sәhranın şm.-ında genetta, zolaqlı kaftar, fenek tülküsü, çaqqal, vaşaq, gepard yaşayır. Qәzallara vә mendes antilopuna (addaks) rast gәlinir. Xırda gәmirici, yarasa, yırtıcı quş, sürünәnlәr (kәrtәnkәlә, varan, buqәlәmun, 20 növdәn çox ilan, tısbağa) vә cücülәr (çәyirtkә, böv, әqrәb, gәnә, skolopendr, filloksera vә s.) çoxdur.
Ə.-dә ümumi sah. 5,89 mln. ha olan 18 mühafizә edilәn tәbii әrazi, o cümlәdәn Əhaqqar, Tassilin-Acer (Ümumdünya irsi siyahısına daxil edilmişdir), Qurayya, Teniet-әl-Hәd, Şrea, Curcura (Şimali Afrika relyefinin nadir karst formaları) milli parkları vardır.
Əhali
Ə. әhalisinin әksәriyyәtini (73%) әrәblәr, әsasәn, әlcәzairlilәr, hәmçinin mәrakeşlilәr, misirlilәr vә iraqlılar tәşkil edir; bәrbәrlәr (26%), o cümlәdәn qәbillәr (8,6%), şilxlәr (8,3%), şaviyalar (5%), hәmçinin mzablar, tuareqlәr, әrәblәşmiş bәrbәrlәr (3%) yaşayır. Bundan başqa Ə.- dә fransızlar (0,1%-dәn çox) vә digәr xalqlar da var.
Ə. әhalinin yüksәk vә sabit artımı ilә sәciyyәlәnir: orta hesabla ildә 2,37% (1990– 2000). Ə.-in әhalisi (mln. nәfәrlә) 1950 ildә 8,7; 1960 ildә 10,8; 1970 ildә 13,8; 1980 ildә 18,7; 1990 ildә 25,5; 2003 ildә 31,6 mln. olmuşdur. 20 әsrin sonlarında doğum sәviyyәsinin aşağı düşmәsi әhalinin artım tempini azaltmışdır. 2004 ildә doğum sәviyyәsi 1000 nәfәrә 17,8 nәfәr, ölüm sәviyyәsi 1000 nәfәrә 4,6 nәfәr, uşaq ölümü isә 1000 nәfәr yeni doğulana 32 nәfәr tәşkil edirdi. Fertillik göstәricisi 1 qadına 2,04 uşaqdır. Kişilәr sayca (50,5%) xüsusilә gәnclәr arasında qadınlarandan üstündür. Yaş tәrkibi: 14 yaşadәk 29,9%, 15–64 yaşarası – 65,5%, yaşı 65-dәn yuxarı olanlar – 4,6% (2004). Gözlәnilәn orta ömür müddәti kişilәrdә – 71,2, qadınlarda – 74,3 ildir.
Əhalinin orta sıxlığı 1 km2-dә 13,5 nәfәrdir, ölkә әrazisindә qeyri-bәrabәr yerlәşir. Şimali Ə.-dә, әsasәn Tәll-Atlas dağәtәyindә vә nisbәtәn dar sahilyanı zolaqda bütün әhalinin tәqr. 93%-i yaşayır. Burada sıxlıq 1 km2-dә 300 nәfәrdir. Əlcәzair ş.-nin әtrafı, Qәbail vә Ores r-nlarında әhali sıx mәskunlaşmışdır. Dağlarda vә Yüksәk platolarda tәqr. 1,5 mln. nәfәr yaşayır, әhalinin orta sıxlığı 1 km2-dә 50 nәfәrdir; Böyük Sәhrada tәqr. 1 mln. nәfәr yaşayır, burada sıxlıq 1 km2-dә 1 nәfәrdәn çox deyil. Şәhәrlәrdә әhalinin 58%-i yaşayır (2002). İri şәhәrlәri (min nәfәrlә): Əlcәzair (1700, aqlomerasiyada 3009), Oran (750), Konstantina (530), Batna (290), Ənnabә (250), Sәtif (240), Sidi-Bәl-Abbas (150, aqlomerasiyada 207), Biskra (200), Cilfә (180), Tebessa (170), Buleydә (170) (2003). Kәndlilәr arasında oturaq әhali üstünlük tәşkil edir (әsasәn, Şimali Ə.-in q.-indә vә mәrkәzi hissәsindә), lakin yarımköçәrilәr vә maldar köçәrilәr dә (Yüksәk platolar, Böyük Sәhra Atlası vә Böyük Sәhra) var. Əmәkqabiliyyәtli әhali 9,6 mln. nәfәrdir (2003), onlardan 62,6%-i xidmәt sahәsindә (o cümlәdәn 32%-i idarәetmәdә, 14,6%-i ticarәtdә), 14%-i k.t.-nda, 13,4%- i sәnayedә, 10%-i tikintidә çalışır. Əhalinin 25%-i yoxsulluğun aşağı hәddindәdir (2001), işsizlәr 26,2%-dir (2003). Hәr il tәqr. 2 mln. әlcәzairli (әsasәn ixtisaslı kadrlar) digәr ölkәlәrә (daha çox Fransaya) iş axtarmağa gedir.
Tarixi oçerk
Ə. qәdim dövrdә vә orta әsrlәrdә. Ə. әrazisindә Oldovay mәdәniyyәtinә aid әn qәdim tapıntılar qarışıq materialı olan arxeoloji abidәlәrdә (Eyn Haneş) müәyyәnlәşdirilir. Aşöl dövrünә bir sıra abidәlәr [o cümlәdәn atlantrop tapıntıları (Ternifin) ilә] aiddir. Mustye dövrü Atir mәdәniyyәti, Yuxarı Paleolit Oran (İberiya-Mavritaniya) mәdәniyyәti, Mezolit dövrü isә Qәfsә mәdәniyyәti ilә tәmsil olunur. Əvvәlki әnәnәlәrin uzun müddәt qorunub saxlanıldığı Neolit mәdәniyyәtlәrindә Nil vadisi ilә әlaqәlәr izlәnilir. Bu dövrә ibtidai insan düşәrgәlәri vә bәrbәrlәrin әcdadları olan Numidiya tayfaları ilә әlaqәlәndirilәn Böyük Sәhradakı qayaüstü tәsvirlәr (Tassilin- Acer) aiddir.
E.ә. 12 әsrdә Ə. sahillәrindә ilk Finikiya koloniyaları salınmışdı. Onlar әvvәl qәdim yunanlar, sonra isә romalılarla Aralıq dәnizinin q.-indә ağalıq uğrunda mübarizә aparan güclü dövlәtә çevrilmiş Karfagen әtrafında birlәşmişdilәr. E.ә. 3 әsrdә liviyalılar (bәrbәrlәrin әcdadları) indiki Ə.-in şm.-ında massilәr vә masesilәrin tayfa ittifaqlarını yaratmışdılar. Massilәrin rәhbәri Masinissa [e.ә. 201–149] e.ә. 201 ildә hәr iki ittifaqı vahid Numidiya çarlığında birlәşdirmişdi. Onun vә xәlәflәrinin dövründә şәhәrlәr inkişaf etmiş, çarlığın әrazisi vә Aralıq dәnizi dövlәtlәri ilә ticarәt әlaqәlәri genişlәnmiş, özündә Numidiya-Karfagen nailiyyәtlәrini әks etdirәn özünәmәxsus mәdәniyyәt yaranmışdı. E.ә. 146 ildә Numidiya Romadan asılı vәziyyәtә düşmüşdü. Masinissanın nәvәsi Yuqurta e.ә. 117 ildә hakimiyyәtә keçmiş vә romalıların ağalığına qarşı mübarizәyә başlamışdı. Bu mübarizә Numidiyanın parçalanması ilә nәticәlәnәn (onun ş. hissәsi Romanın Afrika әyalәtinә, mәrkәzi vә q. hissәsi isә Sezariya Mavretaniyasına qatılmışdı) “Yuqurta müharibәsi”nә (e.ә. 111–105) gәtirib çıxarmışdı.
Гайацстц тясвирляр.
Тассилин-Аcер.
Е.я. 3000–1000 илляр.
Roma müstәmlәkәçiliyi, ölkәnin latınlaşdırılması vә ağır vergilәr yerli әhalinin narazılığına sәbәb oldu vә onların bir qismi Böyük Sәhraya köçdü. Şәhәrlәrdә qalanlar pun, yәni qәrbi Finikiya dilini qoruyub saxlamaqla latın dilini, 2 әsrdә isә xristianlığı qәbul etdilәr. Romaya qarşı hәrәkat dini xarakter aldı. Böyük Sәhranın şm.-ındakı köçәri bәrbәrlәrin İspaniyadan çağırdıqları vandallar 429 ildә Şimali Afrika sahillәrinә çıxdılar. Onlar romalıları darmadağın edәrәk, paytaxtı (439 ildәn) yenidәn tikilmiş Karfagen ş. olmaqla öz dövlәtlәrini qurdular.
534 ildә vandalları qovan bizanslıların Roma irsini bәrpa etmәk cәhdi uğursuz oldu: onlar yalnız liman şәhәrlәrini tuta bildilәr, daxili vilayәtlәr isә bәrbәr başçılarının әlindә qaldı. Bunlardan әn böyüyü bәrbәr Masunanın yaratdığı çarlıq idi. 508 ilә aid latın yazısında Masuna “mavrların vә romalıların” (finikiyalılar, yunanlar, romalılar bәrbәrlәri vә afrikalıları, sonra isә әrәblәri vә bütün müsәlmanları mavrlar adlandırırdılar) çarı kimi qeyd olunur.
664–702 illәrdә indiki Ə.-in әrazisini әrәblәr tutdular. Bәrbәr Kuseylәnin başçılıq etdiyi 683–688 illәr üsyanı yatırıldıqdan vә әrәblәrin “Kahinә” adlandırdıqları mәlikә Dihyanın qoşunları darmadağın edildikdәn sonra Ə. Əmәvilәr xilafәtinin tәrkibinә qatıldı, islam vә әrәb dili bәrbәr qәbilәlәri arasında yayılmağa başladı. Şәhәrlәrdә latın vә pun dillәrindә dә danışırdılar. Dağlarda yaşayan vә xaricilәr cәrәyanının (bax Xaricilik) әsas dayağına çevrilәn bәrbәrlәr Əmәvilәrin ağır vergi siyasәtinә qarşı üsyan (740 –774) etdilәr. Üsyandan sonra Əbu Qurrә әs-Sufrinin (әl-Yifrәni) Tilimsanda Bәni Yifrәn әmirliyi (757–765), Tahәrtdә isә Əbdürrәhman bin Rüstәm tәrәfindәn imamlıq – Rüstәmilәr dövlәti (777–909) quruldu. İmamlığın süqutundan sonra ibazilәr (bax İbaziyyә) Böyük Sәhradakı Mzab vil.-ndә mәskunlaşdılar. Bu dövrdә Qәrbi Ə. İdrisilәrin, Şәrqi Ə. isә Əğlәbilәrin hakimiyyәti altına keçdi.
10 әsrdә Ə. dә daxil olmaqla Mәğrib Fatimilәrin hakimiyyәtinә keçdi. Onların paytaxtı Mehdiyyәdәn Qahirәyә köçürüldükdәn (973) sonra Sәnhacә bәrbәrlәri Zirilәr vә Hәmmadilәr dövlәtlәrini qurdular. 1062 ildә Ə. әrazisinә iki böyük әrәb tayfasının (bәni Hilal vә bәni Süleym) yürüşü burada әrәblәşmә prosesini sürәtlәndirdi. 1082 ildә ölkәnin q.-ini Mürabitlәr, sonra isә Müvәhhidlәr işğal etdilәr. Sonuncuların dövründә iqta institutu meydana gәldi.
12 әsrdә Ə. iqtisadi-mәdәni inkişaf dövrünü yaşayırdı, Tlemsen, Bicayә, Konstantina, Ənnabә vә digәr şәhәrlәr elm vә ticarәt mәrkәzlәri idi. İtaliya tacirlәri Piza, Cenuya vә Venesiyadan mal gәtirir, buradan da yun, dәri mәmulatları vә taxıl aparırdılar. 13 әsrdә Müvәhhidlәr dövlәtinin zәiflәmәsi vә parçalanması nәticәsindә Ə. әrazisindә müstәqil dövlәtlәr yarandı. Bunlardan әn qüdrәtlisi Əbdülvadilәr dövlәti (Zәyyanilәr dövlәti) idi. Bu dövlәt Müvәhhidlәrin Mәğribdә Əndәlis (әrәb-mavr) mәdәniyyәtini yaymaq siyasәtini davam etdirdi. Şәrqi Ə. isә Hәfsilәr dövlәtinә tabe oldu.
Hәfsilәr vә Merinilәrin hücumları nәticәsindә 14 әsrdәn etibarәn Əbdülvadilәr dövlәti zәiflәmәyә başladı. 13–17 әsrlәr bәrbәrlәrin әrәblәşmәsi ilә yanaşı, Rekonkistanın gedişindә İspaniyadan qovulmuş mavrların Ə.-ә köçmәsi ilә әlamәtdardır. Mәğrib bәrbәrlәri Əndәlisin әrәb hakimlәrinin ordularının әsas hissәsini tәşkil edirdilәr, Kordova xilafәti dağıldıqdan sonra onlar Pireney y-a-nın Badaxos, Toledo, Malaqa, Qranada vә s. şәhәrlәrinin hakim sülalәlәri oldular. Mәğribin iri şәhәrlәrindә Əndәlisdәn gәlәn tacirlәr, sәnәtkarlar, ilahiyyatçılar, memar vә musiqiçilәr mәskunlaşdılar. Əndәlisli dәnizçilәr 875 ildә Ə.-in q.-indә Tenes, 903 ildә isә Oran (hazırda ölkәnin ikinci böyük şәhәri) şәhәrlәrinin әsasını qoydular. 13 әsrin ortalarından Ə.-ә Əndәlisin kastiliyalılar vә araqonlular tәrәfindәn tutulmuş şm. vә mәrkәzi vil.-lәrindәn qaçqınlar gәlmәyә başladı.
Mavrlar Mәğribә şәhәr mәdәniyyәti vә zәrif davranış әnәnәlәrini gәtirdilәr. Şәhәrlilәrin әsas hissәsini (hәzәrilәr) tәşkil etmәklә onlar özlәrinin mәişәti, geyimi, yüksәk savadlılığı, bağçılıq vә şәhәrsalma bacarıqları, adları vә әrәb dilinin Əndәlis şivәsi ilә seçilirdilәr. Sonrakı dövrlәrdә mavrların nәsillәri digәr şәhәrlilәrlә qaynayıb-qarışsalar da, Ə.-dә Əndәlis әnәnәlәri qorunub saxlanılmışdır.
Антиk Тимгад шящяринин галыглары. 100-ъц ил.
16 әsrin әvvәllәrindә Rekonkistanı Afrikanın şm.-ında davam etdirmәk niyyәtindә olan ispanlar Mәğrib sahillәrinә çıxdılar. Onlar Mersa әl-Kәbir (1505), Oran (1509), Bicayә (1510), az sonra isә Tlemseni әlә keçirdilәr. Yerli hakimlәr dәniz quldurları olan Oruc vә Xızır qardaşlarına müraciәt etdilәr. Oruc ispanları qovduqdan sonra Əlcәzair ş.-nin hakimi oldu. Onun ölümündәn (1518) sonra hakimiyyәt özünü Osmanlı sultanının vassalı elan etmiş, Barbaros Xeyrәddin paşa kimi tanınan Xızıra keçdi. Ə.-dә 1830 ilә qәdәr sürmüş Osmanlı hakimiyyәti idarәetmә baxımından bәy lәr bәyilәr (1518–87), paşa l a r (1587–1659), ağalar (1659–71) vә da yılar (1671–1830) dövrlәrinә bölünür. Sultan I Sәlim yeniçәri vә topçulardan ibarәt iki min nәfәrlik heyәt, döyüş sursatı vә gәmi lәvazimatı göndәrmәklә yanaşı, könüllülәrә yeniçәri imtiyazlarının şamil olunmasına razılıq verdi. Sultan adına xütbә oxundu vә Ə. Osmanlı idarәçiliyinә keçdi. Böyük vә güclü donanma yaradan Barbaros Xeyrәddin paşa İspaniya, Siciliya, Malta, Korsika sahillәrindә düşmәnlәrini mәğlubiyyәtә uğratdış, Genuya vә Barselonaya hücum etdi, 1541 ildә Əlcәzair ş.-ni mühasirәyә almış V Karlın hücumunun qarşısını aldı. Barbaros Xeyrәddin paşa ispanların zorla xristianlaşdırdığı 70 min Əndәlis müsәlmanını Ə.-ә yerlәşdirdi. Əlә keçirilәn qәnimәtlәr hesabına varlanmış Ə.-i osmanlıların Hindistanı vә ya Meksikası adlandırırdılar. 1550/51 ildә Osmanlı bәylәrbәyi Hәsәn paşa ispanlara tabe olan Əbdülvadilәrin (Zәyyanilәrin) hakimiyyәtinә son qoydu vә Ə.-in şm.-q.-indә birbaşa idarәçilik qurdu. Bәylәrbәyilәri İstanbuldan tәyin olunan paşalar әvәz etdilәr.
1587 ildә Ə. Osmanlı imperiyasının paşalığına (әyalәtinә) çevrildi. Öz ağalarını seçmәk hüququna malik olan yeniçәrilәr bir müddәt sonra onlara qarşı çıxdılar. Ağaların öldürülmәsi adәt halını aldı. 1671 ildәn yeniçәrilәr vә rәislәr (donanma kapitanları) ömürlük hakim kimi dayını seçirdilәr. Dayılar paşalığı İstanbul canişinlәri ilә birlikdә idarә etsәlәr dә, 1711 ildә dayı Sökәli Əli Çavuş sultana vergi ödәmәkdәn boyun qaçırdı.
Щяфсилярин сиккяси. 1249–76.
Dayılar dövründә Ə. әrazisi “dar üs-sultan”a (dayının idarә etdiyi paytaxt әrazisi) vә üç sancağa – Şәrqi (mәrkәzi Konstantina), Tittari (mәrkәzi Medea) vә Qәrbi (mәrkәzi Maskara, 1792 ildәn sonra Oran) bölünürdü. Bir çox sәlahiyyәtlәrә (mәmurluq, konsulluq, sancaqbәyi hüququ vә s.) malik dayılar hәmçinin qul alveri vә dәniz quldurlarının әldә etdiklәri gәlirlәr hesabına da varlanırdılar. Sancaqlar qәbilә birlәşmәlәri olan “vәtәn”lәrdәn tәşkil olunur, qazılık vә şeyxliklәrә bölünürdü. Türklәrin, әndәlislilәrin, yәhudilәrin, әrәblәrin, bәrbәrlәrin vә xristianların yaşadıqları Əlcәzair ş.-nin әhalisinin ümumi sayı tәqr. 60 min nәfәr idi. Əsas dil әrәb dili, dövlәt dili isә türk dili idi. 16 әsrin sonlarında buraya gәlәn avropalılar çox gözәl evlәri, saysız-hesabsız mәscid, hamam vә imarәtlәri olan vә bolluq içәrisindә yaşayan bir şәhәrdәn bәhs edirdilәr. Tayfaların yaşadığı әrazilәr, adәtәn, tayfa başçıları tәrәfindәn idarә olunurdu. Lakin belә idarәçilik Ə. әrazisinin tәqr. 1/6 hissәsini nәzarәtdә saxlaya bilirdi, onun dayağı yalnız yeniçәrilәr vә türklәrin yerli qadınlarla nikahından doğulmuşların nәsillәri idi. Onların hakimiyyәti azad tayfalarla (әhl әl-mәxzәn) rәiyyәt, әrәblәrlә bәrbәrlәr, bәdәvilәrlә oturaq әhali, şәhәrlilәrlә kәndlilәr arasında nifaq salmağa әsaslanırdı.
Qәrb ocaqları (Osmanlı imperiyasının hakimiyyәti altında olmuş Ə., Trablusqәrb vә Tunis әyalәtlәrinin ümumi adı) arasında әn böyük donanmaya malik olan Ə. dayıları vә dәniz quldurları qarәtlәrdәn böyük gәlir әldә edirdilәr. Quldurlar Aralıq dәnizindәn çıxıb Cәbәlüttariq boğazını keçәrәk Kanar a-rı, İngiltәrә, İrlandiya, Hollandiya, Danimarka, hәtta İslandiyaya qәdәr gedә bilirdilәr. Avropa Ə.-i de-fakto tanıdı: Fransa (1628), İngiltәrә (1662), Hollandiya (1680) onunla müqavilәlәr bağladı. Tәkcә 17 әsrin әvvәlindә vasitәçilәr 37 min 720 nәfәr avropalı әsiri alıb girovdan azad etdilәr. 17 әsrin әvvәlindә İspaniya zülmündәn Şimali Afrikaya köçmüş morisklәr Ə.-dә şәhәr mәdәniyyәti, bağçılıq, әkinçilik vә sәnәtkarlığın inkişafına sәbәb oldular. Lakin Fransa vә İngiltәrә donanmasının güclәnmәsi vә Aralıq dәnizini nәzarәtlәri altına alması Ə.-i dә zәiflәtdi. Ə.-dәki yeniçәrilәrin sayı azaldı, dәnizçilik gәlirlәrinin azalması sәbәbindәn vergilәrin artırılması üsyanlara yol açdı. 1671 ildәn sonra 28 dayının yarısı öldürülmüşdü. Belә bir vәziyyәt Osmanlı imperiyasının hәm Ə., hәm dә Avropa dövlәtlәri ilә münasibәtlәrindә gәrginliyә gәtirib çıxardı. Sultan III Əhmәd [1703–30] Pojarevats sülh müqavilәlәrini (1718) imzaladı. 1720-ci illәrin sonunda III Əhmәd İsgәndәriyyә, Rodos, Lefkoşa, Trablusşam, İraklion vә Xanya kimi Osmanlı portları vә şәhәrlәrinә Ə. gәmilәrinin tәchizatının dayandırılması haqqında әmr verdi. Sultanın devrilmәsi dayıların müstәqil daxili vә xarici siyasәt yeritmәsinә sәbәb oldu. Napoleonun Misir sәfәri (1798– 1801) zamanı Ə. Fransaya müharibә elan etdi. Əbukir vuruşması (1798) vә Trafalqar vuruşmasından (1805) sonra İngiltәrә Aralıq dәnizindә әn güclü donanmaya sahib oldu, Ə. dәnizçiliyi әhәmiyyәtini itirdi. Vyana konqresindә (1814–15) İngiltәrәnin istәyi ilә dәniz quldurluğunun lәğv edilmәsi mәsәlәsinә baxıldı. Bu bәhanә ilә ingilislәr Ə.-ә donanma göndәrәrәk Əlcәzair ş.-ni topa tutdular, gәmilәri batırdılar (1816).
Osmanlıların 1828–29 illәr müharibәsindә Rusiyaya mәğlub olması Ə.-in vәziyyәtini daha da pislәşdirdi. Yunanların azadlıq mübarizәsini dәstәklәyәn İngiltәrә vә Rusiya ilә müttәfiq olması Fransanı Ə.- i әlә keçirmәk üçün hәrәkәtә gәtirdi.
Əlcәzair fransız müstәmlәkәçilәrinin hakimiyyәti altında (1830–1962). 1830 il iyunun 14-dә fransızlar Ə. sahillәrinә qoşun çıxardılar, iyulun 5-dә sonuncu dayı Hüseyn paşa tәslim olduqdan sonra ölkәni tәrk etdi. Ə.-dә fransızlara qarşı müqavimәt hәrәkatı başladı. Bu hәrәkata Ə.-in ş.-indә Konstantina hakimi Əhmәd bәy, q.-indә vә mәrkәzindә isә әmir Əbdülqadir rәhbәrlik edirdi. Fransızlar Zaaca (1849), Laquat (1852), Tuqqurt (1854) vahәlәrindә üsyanları çәtinliklә yatırdılar, Qәbiliyyәnin (1851–57) işğalı 6 il çәkdi, Ə.-in q.-indә vә c.-unda baş vermiş qiyamları yatırmaq üçün 11 il (1859–70) sәrf olundu. Mukrani üsyanı (1871–72) Fransanın Ə.-dә hökmranlığını sual altında qoydu. Sonuncu üsyanlar 1876–83 illәrdә baş verdi; fransızlar üsyançılara divan tutdular. Onlar dini-siyasi pәrdә altında ordunun gücü ilә Ə. xalqının müqavimәtini qırmaqla xristianlığı vә fransız dilini yaymağa çalışırdılar. Üsyan etmiş qәbilәlәrin torpaqları avropalılara hәdiyyә edilirdi.
Гардайа шящяриндян эюрцнцш.
Ə. 1834 ildәn Fransanın müstәmlәkәsi oldu. Fransa kralı Orleanlı Lui Filipp Fransa Şimali Afrikası müstәmlәkә әrazisini (Ə., Tunis, Mәrakeş) yaratdı. Üç әyalәtә bölünәn Ə. “әrәb büroları” tәrәfindәn (başda Parisdәn tәyin edilәn vali olmaqla) idarә olunurdu. 1847 ildә Ə.-dә 110 min nәfәr avropalı (o cümlәdәn 47 min fransız, qalanları isә ispanlar, italyanlar, maltalılar, almanlar idi) yaşayırdı. Qeyri-fransızlara vә qarışıq mәnşәli şәxslәrә Fransa vәtәndaşının bütün hüquqları verildi (1870). Fransa- Prussiya müharibәsinin nәticәlәri Əlcәzair kommunasının [1870–71] qısamüddәtli fәaliyyәtindә әksini tapdı. Müstәmlәkәçilәr dövlәt torpaqlarına vә müsәlman icmasına mәxsus torpaqlara (hәbus), hәmçinin üsyan etmiş tayfaların torpaqlarına müsadirә yolu ilә sahib çıxdılar. Meşәlәr, mәdәnlәr vә digәr tәsәrrüfat әhәmiyyәtli әrazilәrdәn әlavә әn yaxşı torpaqların yarısı (4,5 mln. ha-dan 2,3 mln. ha) Fransa müstәmlәkә idarәsinin vә ayrı-ayrı müstәmlәkәçilәrin әlinә keçdi. Ə. metropoliya üçün ucuz xammal mәnbәyinә vә mühüm satış bazarına çevrildi: k.t. mәhsulları (şәrab, sitrus meyvәlәri, digәr meyvәlәr, faraş tәrәvәz), fosforitlәr vә dәmir filizi. Fransanın aparıcı inhisarları iqtisadiyyatın bütün önәmli sahәlәrinә (banklar, şaxtalar, mәdәnlәr, müasir f-b-lәr vә aqrar şirkәtlәri) nәzarәt edirdi. “Müstәmlәkәlәşdirmә senyorlar”ı adlandırılan Əlcәzair-Avropa mәnşәlilәrin yuxarı tәbәqәsi inhisarların müvәkkili, müttәfiqi vә işgüzar partnyoru idi.
19 әsrin sonlarında şәhәrlәr Ə. xalqının milli azadlıq hәrәkatının mәrkәzinә çevrildi. Ənәnәçilәr (әsasәn, sahibkarlar, din xadimlәri vә b.) 1887 ildәn başlayaraq islam qayda vә adәtlәrinә hörmәtlә yanaşmaq, hәmçinin Fransaya xidmәtdәn imtina etmәk tәlәbi ilә petisiyalarla çıxış edirdilәr. 1892 ildә Ə.-dә gәnc әlcәzairlilәr fәaliyyәtә başladılar. Birinci dünya müharibәsinin әvvәlindә әnәnәçilәrin bir hissәsi Osmanlı imperiyasını, gәnc әlcәzairlilәr isә Fransanı dәstәklәdilәr. Fransa ordusunda xidmәt edәn 173 min nәfәr әlcәzairlidәn 25 mini hәlak oldu. Eyni zamanda 119 min nәfәr әlcәzairli Fransada işlәyirdi. 1926 ildә Mәğrib mühacirlәri Fransada “Şimali Afrika ulduzu” milli-inqilabi tәşkilatını (1936 ildә Ə.-dә dә fәaliyyәtә başladı, 1937 ildә Əlcәzair Xalq Partiyası – ƏXP adlandırıldı) yaratdılar.
Шяряф вя шящидлик абидяси. Ялъязаир ш.
1920-ci illәrin әvvәllәrindә Ə. xalqının hüquqları uğrunda mübarizәyә Əbdülqadirin nәvәsi Xalid başçılıq edirdi. 1931 ildә Əbdülhәmid Ben Bәdis “Əlcәzair vәtәnim, islam mәnim dinim, әrәb dili dilimdir” şüarı ilә Əlcәzair Ülәmaları Assosiasiyasının әsasını qoydu. Fransada Xalq Cәbhәsinin qәlәbәsi (1936) nәticәsindә әlcәzairlilәrә bәzi demokratik azadlıqlar verildi. Lakin 1936 ildә Ə.-in bütün partiyalarını birlәşdirәn Müsәlman konqresinin “Tәlәblәr xartiyası” hökumәt tәrәfindәn rәdd edildi.
İkinci dünya müharibәsi zamanı, Fransa faşist Almaniyasına tәslim olduqdan (1940, iyun) sonra Ə. Almaniya vә İtaliya üçün xammal vә әrzaq bazasına çevrildi. 1942 ilin noyabrında Ə.-ә ABŞ-İngiltәrә desantı çıxarıldı vә Əlcәzair ş. Fransa müvәqqәti hökumәtinin mәrkәzi oldu. Yüz minlәrlә әlcәzairli Fransa ordusuna sәfәrbәr edildi, Tunis, İtaliya, Fransa vә Almaniyada faşizm әleyhinә vuruşdu. 1943 ildә “Ə. xalqının manifesti” Ə. müstәmlәkә idarәsinә tәqdim olundu. 1944 ildә yaradılmış “Manifest vә azadlıq dostları” cәmiyyәti Ə.-ә muxtariyyәt verilmәsi tәlәbini irәli sürdü. Lakin 1945 ilin mayında Ə.-dә baş vermiş üsyan amansızlıqla yatırıldı (45 min nәfәr әlcәzairli öldürüldü), cәmiyyәtin fәaliyyәti dayandırıldı. “Əlcәzair orqanik statutu” (1947) әslindә müstәmlәkә rejimini qoruyub saxladı. Lakin bu qanun da pozulurdu (xüsusilә seçkilәr zamanı). 1951 ildә Ə. partiyalarının birliyi kimi formalaşmış “Azadlığı müdafiә vә hörmәt cәbhәsi” mәqsәdinә çatmadı vә dağıldı. 1947 ildәn dağlarda partizan dәstәlәri yaradan ƏXP-nin gizli qrupları birlәşәrәk әrәb ölkәlәrindәki Ə. mühacirlәrinin kömәyilә Milli Azadlıq Cәbhәsini (MAC) yaratdılar (1954, mart). 1954 il noyabrın 1-nә keçәn gecә baş verәn üsyan milli azadlıq inqilabının (1954–62) başlanğıcı oldu. 1958 ilin yayında MAC döyüşçülәrinin sayı 130 min nәfәrә çatdı. Ə. dövlәtinin siyasi- inzibati tәşkilatı, Əlcәzair İnqilabının Milli Şurası (ƏİMŞ) ali orqanı yaradıldı. 1956 ildә MAC-ın rәhbәrliyi demokratik vә sosialyönümlü Ə. resp. şüarı ilә çıxış etdi. Lakin Fransanın hәrbi üstünlüyü vә avropalı ultramüstәmlәkәçilәrin barışmazlığı bu mübarizәnin uzanmasına gәtirib çıxartdı, nәticәdә 1 mln. әlcәzairli hәlak oldu, tәqr. 2 mln. nәfәr hәbsxana vә hәbs düşәrgәlәrinә salındı, 9 min kәnd yerlә yeksan oldu. 1958 il sentyabrın 19-da Qahirәdә Əlcәzair Cümhuriyyәtinin yaradılması elan edildi vә Fәrhad Abbasın başçılığı ilә müvәqqәti hökumәt quruldu. Onu bütün әrәb, hәmçinin bәzi Asiya vә Afrika dövlәtlәri tanıdı. Əlcәzairlilәrin müqavimәti, Şarl de Qollun 1959 ilin sentyabrında Ə. xalqının öz müqәddәratını tәyin etmәk hüququnu tanıması, xüsusilә ultramüstәmlәkәçilәrin Ə.-dә baş vermiş qiyamlarının (1960, yanvar; 1961, aprel) yatırılması nәhayәt ki, öz işini gördü. Fransanın MAC ilә danışıqları Ə.-dә müharibәyә son qoyan Evian sazişlәrinin (1962) imzalanması ilә başa çatdiı.
Müstәqil Əlcәzair. 1962 il iyulun 1-dә keçirilmiş referenduma әsasәn Ə. müstәqil dövlәt (rәsmәn iyulun 5-dә elan edildi) oldu. 1962 ilin sentyabrında Əlcәzair Xalq Demokratik Respublikası (ƏXDR) kortәbii surәtdә yaranmış fәhlә vә kәndli özünüidarәsini qanunilәşdirdi, ölkәni tәrk etmiş әcnәbilәrin mülkiyyәtini millilәşdirdi. Lakin ağır iqtisadi şәrait vә ölkәnin ilk prezidenti Ben Bellanın sәhvlәri hәrbi çevrilişlә (1965, 19 iyun) nәticәlәndi. Hakimiyyәtә H.Bumedyenin başçılığı ilә İnqilabi şura keçdi. 1966 –74 illәrdә H.Bumedyen bütün xarici mülkiyyәti millilәşdirdi vә istehsalın 80%-dәn çoxunu tәşkil edәn dövlәt sektorunu yenidәn qurdu. Aqrar islahatların aparılması, 6 min kooperativin vә 660 sәnaye müәssisәsinin yaradılması, gәlirlәrin 25%-dәn çoxunun tәhsilә ayrılması, neft vә qaz hasilatından әldә olunan gәlirlәrin artması, Milli xartiya (1976) vә ƏXDR-in yeni konstitusiyasının qәbul edilmәsi onun nailiyyәtlәri idi. 1978 ildә H.Bumedyenin vәfatı ilә Ə. tarixindә yeni mәrhәlә başladı: neft vә qazdan әldә olunan gәlirlәrin azalması vә eyni zamanda hasilat hәcminin aşağı düşmәsi, bununla yanaşı xarici borcların ödәnilmәsi zәrurәti sosial- iqtisadi vәziyyәti pislәşdirdi.
Ş.Bencәdid (1979–92) dövlәt müәssisәlәrinin özәllәşdirilmәsinә şәrait yaratdı. 1989 ilin martında qәbul olunmuş konstitusiyaya әsasәn MAC-ın siyasi monopoliyası lәğv edildi, çoxpartiyalı sistem yarandı. Əsas partiyalardan biri A.Mәdәni vә Ə.Belhacın rәhbәrlik etdiyi İslam Qurtuluş Cәbhәsi (İQC) idi. 1990 ilin iyununda İQC yerli orqanlara (bәlәdiyyәlәrә) seçkilәrdә, 1991 ilin dekabrında isә parlament seçkilәrinin 1-ci mәrhәlәsindә qalib gәldi. Lakin İQC ilә konsensusa gәlmәyә çalışan Ş.Bencәdidin istefasından sonra hakimiyyәtә keçәn Ali dövlәt şurası (ADŞ) seçkilәrin 2ci turunu (1992 il yanvarın 16-da keçirilmәli idi) lәğv etdi. Ölkәdә nәzarәti әlinә keçirәn ordu ilә İQC arasında başlayan münaqişә vәtәndaş müharibәsi ilә nәticәlәndi. İslamçıların Ə.-in sırf müsәlman ölkәsi olmaq vә milli әnәnәlәrin qorunub saxlanılması uğrunda mücadilәsi 1992–97 illәrdә 400 min fransızdilli әlcәzairlinin Avropaya mühacirәt etmәsinә sәbәb oldu. Ordu vә xüsusi tәyinatlılar islamçıları ağır itkilәrә mәruz qoydular. Müharibә әrzindә 1996 ilin yayında 50 min nәfәr, 1998 ildә isә tәqr. 100 min nәfәr öldürüldü. İQC-nin deputatları da daxil olmaqla 20 min nәfәrdәn çox islamçı hәbs vә sürgün edildi.
ADŞ-nin üçüncü vә sonuncu sәdri gen. Y.Zәrval 1993 ildәn islamçılarla danışıqlar aparmağa çalışsa da, bu cәhd uğursuz oldu. Lakin vәziyyәt getdikcә ağırlaşdığı üçün döyüşlәr bir qәdәr sәngidi. İslamçıların bir hissәsi mübarizәlәrini dinc yolla davam etdirdilәr. 1996 ilin noyabrında keçirilmiş ümumxalq referendumu ƏXDR-in prezident resp. olmasını nәzәrdә tutan yeni konstitusiyanı tәsdiqlәdi. 1997 ilin iyununda Milli mәclisә seçkilәrә 39 partiya vә seçicilәrin 66%-i (tәqr. 11 mln. nәfәr) qatıldı. 1999 ildә Ə.Buteflika Ə.-in prezidenti seçildi vә vәtәndaş müharibәsinin faktiki dayandırılmasına nail oldu. 2001 ilin yazından Ə.-dә vәziyyәt Qәbiliyyәdә bәrbәrlәrin qiyamı ilә gәrginlәşdi. Kütlәvi çıxışlar jandarmeriya tәrәfindәn yatırıldı. Rәsmi mәlumatlara görә 6 nәfәr öldürüldü, 2 min nәfәr yaralandı. Qiyamçıların әsas tәlәbi tәmaziq (bәrbәr) dilinin ikinci rәsmi dil (әrәb dilindәn sonra) elan olunması idi. 2002 ilin mayında parlament seçkilәrindә 23 partiya vә 7,4 mln. nәfәr (seçicilәrin 41%-i) iştirak etdi. Seçkilәrdә MAC (seçicilәrin 35,5%-i) 389 yerdәn 199-nu qazandı. Ə.Buteflika 2004 ildә yenidәn prezident seçildi. O, bәrbәr qiyamçılarının könüllü surәtdә tәslim olacaqları tәqdirdә amnistiya mәsәlәsinә baxılacağını bildirdi. 2005–06 illәr Ə.-dә islamçı qruplaşmaların “ABŞ vә Qәrb dövlәtlәrinin Ərәb Mәğribindә maraqlarına qarşı cihad” dövrü oldu. 2009 ildә keçirilәn prezident seçkilәrindә Buteflika sәs çoxluğu ilә (90,2%) üçüncü dәfә prezident seçildi. Ölkәdәki iqtisadisiyasi böhran 2010 ilin dekabrından etiraz çıxışlarına sәbәb oldu. Prezident siyasi islahatların başlanmasını elan etdi. 2014 ilin aprel ayında keçirilmiş prezident seçkilәrindә Ə. Buteflika dördüncü dәfә qalib gәldi.
Ə. 1991 il dekabrın 26-da Azәrb. Resp.nın müstәqilliyini tanıdı. İki ölkә arasındakı diplomatik münasibәtlәr 1994 il aprelin 22dә quruldu. Ə. ilә Azәrb. Resp. arasındakı әmәkdaşlıq, әsasәn, BMT vә İKT çәrçivәsindә inkişaf etdirilir. 2015 ildә Azәrb.-da Ə. sәfirliyi, Ə.-dә isә Azәrb. sәfirliyi açıldı. Ə. hökumәti Erm.-ın Azәrb.-a tәcavüzünü pislәyir vә Azәrb. Resp.-nın әrazi bütövlüyünü dәstәklәyir.
Tәsәrrüfat
Ə. inkişaf etmiş neft-qaz vә hasilat sәnayesi olan aqrar ölkәdir. ÜDM-in hәcmi tәqr. 609,4 mlrd. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә), adambaşına – 15 min dollar; real ÜDM artımı tәqr. 4,2%; insan inkişafı indeksi 0,745 (2016; dünyanın 188 ölkәsi arasında 83-cü yer) tәşkil edir. ÜDM-in strukturu (2016): xidmәt sferası – 48,4%, sәnaye vә tikinti – 38,4%, k.t. – 13,2%. İşlәyәnlәrin sayı 11,78 mln. nәfәrdir (2016), onların tәqr. 58,4%-i xidmәt sferasında, 30,9%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 9,9%-dir (2016). 20 әsrin son onilliyindә iqtisadiyyatın strukturunun dәyişdirilmәsi üçün islahatlar aparılmışdır. İslahatların mahiyyәti bazar mexanizminin tәtbiqindәn, dövlәt müәssisәlәrinin qismәn özәl vә ya sәhmdar mülkiyyәtinә verilmәsindәn, xarici investorların cәlb edilmәsindәn vә diqqәtin müasir texnologiyaların istifadәsinә yönәlmәsindәn ibarәt olmuşdur; iqtisadiyyatın әsas sahәlәri olan neft vә qaz sәnayesi, hәmçinin iri sәnaye komplekslәri dövlәtin әlindә cәmlәşmişdir. . Dövlәt sektoru ölkәnin iqtisadiyyatında әsas yer tutur. Özәl sektor yüngül vә yeyinti sәnayesi (70–90%), tikinti (60%), xidmәt, topdan vә pәrakәndә satış (hәr biri 80%) vә k.t.-nda (80%) üstün yer tutur. 20 әsrin sonunda dünyada neft vә qazın qiymәtlәrinin, hәmçinin qazın ixracatının artması nәticәsindә xarici ticarәt balansının sabit müsbәt saldosu yaranmışdır.
“Sonatrak” дювлят нефт-газ ширкятинин мянзил-гярарэащы. Ялъязаир ш.
Sәnaye. Ə.-in iqtisadiyyatının әsasını mәdәn sәnayesi tәşkil edir (1967 ildәn “SONAREM” dövlәt şirkәti tәrәfindәn nәzarәt olunur). Hasil edilәn әsas mineral xammal növlәri (2011): dәmir filizi (234 min t), qurğuşun vә sink (40 min t), fosforit (1,5 mln. t), barit (60 min t), gümüş (2,7 t), qızıl (2,4 t) vә s.
Neft (Afrikada Nigeriya vә Liviyadan sonra 3-cü yer) vә tәbii qaz (Afrikada 1-ci yer vә dünyada Rusiya ilә ABŞ-dan sonra 3-cü yer) hasilatı әsas sәnaye sahәlәridir; onların ixracatı valyuta daxilolmalarının tәqr. 95%-ni vә ölkәnin dövlәt büdcәsi gәlirlәrinin tәqr. 2/3-ni tәşkil edir. 2014 ildә 83 mln. t neft (Aİ ölkәlәrinә 72%, Şimali Amerikaya isә 17%) vә 83,29 mlrd. m3 qaz (o cümlәdәn 26 mlrd. m3 mayelәşdirilmiş halda) ixrac olunmuşdur. Neft-qaz sektorunun 99%-nә “Sonatrak” dövlәt şirkәti (1963 ildәn; Hassi-Mesaud, Uarqla, HassiTuil, Mәsdar, Tin-Fue, Qurd-әl-Bahel vә s. r-nlarda neft yataqlarının işlәnmәsini hәyata keçirir) nәzarәt edir. İşlәnilәn әn iri qaz yatağı Hassi-R'Meldir. 1967–71 illәrdә SSRİ ilә Ə.-in “Sonatrak” dövlәt şirkәti arasında bağlanmış müqavilә ilә әlaqәdar aparılan işlәrә akad. M.M.Əliyev rәhbәrlik etmişdir. Azәrb.-ın bir qrup geoloqu Azәrb. EA-nın m. üzvü Ə.Ş.Şıxәlibәylinin rәhbәrliyi ilә Ə.-dә aparılan elmi tәdqiqat işlәrindә fәal iştirak etmişdir. Azәrb. alimlәri Ə.-dә Sәhrayi-Kәbirdә vә Atlas d-rında perspektivli neftli-qazlı sahәlәr ayırmışlar.
Huari Bumedyen ad. beynяlxalq aeropor t. Яlcяzair ш.
Dәmir filizi (Afrika üzrә hasilatın 2,8%-i) yataqlarının işlәnmәsi ölkәnin şm.q.-indә, şm.-ında (Beni-Saf, Sakkar, Timezrit) vә c.-unda (Cәbәl-Uenza, Bu-Hadra, Xanget) aparılır. Tәqr. 40–50% filiz ixrac edilir. Bişar, Kenadza vә Ksiksuda, әsasәn daxili ehtiyaclar üçün daş kömür; әlvan metallardan, әsasәn, sink vә az miqdarda qurğuşun, mis vә sürmә çıxarılır. Qurğuşun-sink filizlәrinin üç yatağı istismar olunur – Əl-Abed, Xerzet-Yusef vә Sidi-Kambur. Uran vә volfram filizlәri (Əhaqqar yaylası) hasil edilir. Əzzab vә Fendek mәdәnlәrindә civә (hasilat üzrә Qırğızıstan vә İspaniyadan sonra dünyada 3-cü, ixracat üzrә isә 4-cü yeri tutur) vә fosforitlәrin (Tebessa r-nunun Cәbәl-Onk mәdәni; çıxarılan xammalın yarısından çoxu ixrac edilir) hasilatı ixracyönlüdür. Hәr il tәqr. 18 min t kaolin vә 230 min t-dan artıq daşduz istehsal olunur.
Ə.-in elektrik enerjisi mazut vә tәbii qaza әsaslanır, İES-lәr üstünlük tәşkil edir. Elektrik enerjisi istehsalı 2001 ildәn 2014 ilәdәk 24,7 mlrd. kVt/saat-dan 60 mlrd. kVt/saat-adәk artmışdır. Ən iri İES-lәr Əlcәzair, Oran, Konstantina, Skikda vә Ənnabәdә yerlәşir. Elektrik enerjisinin istehsalı vә paylanmasını “SONELQAZ” dövlәt şirkәti idarә edir. Gücü 100–200 min kVt olan buxar-turbin İES-lәri istismardadır (Ənnabә, Oran, Arzev, Əlcәzair vә Skikdada).
Kiçik dizel vә qaz-turbin stansiyaları (gücü tәqr. 100 min kVt) Əlcәzairin şәhәrәtrafında, Hassi-Mesaudda, Bufarikdә, Msilada, Tiaretdә, Hassi R’Meldә vә s.-dә geniş yayılmişdir.
İri elektrik stansiyaları dairәvi enerji sisteminә birlәşdirilmişdir. 1993 ildә Ayn-Usera yaxınlığındakı elmi tәdqiqat mәrkәzindә gücü 15 MVt olan eksperimental atom reaktoru milli nüvә proqramı çәrçivәsindә tәdqiqatlar üçün işә salınmışdır. Ə.-in emal sәnayesi qara (Ənnabә r-nundakı Əl-Hәcәrdә ildә gücü 1,8 mln. t polad olan tam dövrәli kombinat) vә әlvan metallurgiya (Qazavetdә sink istehsalı z-du; Əzzabda civә filizinin emalı üzrә metallurgiya kombinatı) müәssisәlәri ilә tәmsil olunmuşdur. Neft emalı z-dlarının ümumi gücü ildә tәqr. 26,5 mln. t xam neftdir, onun 16 mln. t-u Skikdada yerlәşәn ölkәnin әn iri müәssisәsinin payına düşür.
Daxili tәlәbat üçün neft mәhsulları 4 neft emalı z-dunda istehsal olunur: Arzev (ildә 3 mln. t), Əlcәzair (ildә 2,9 mln. t), HassiMesaud vә İn-Amenasda Ə. üçün sәmt neft qazının istifadәsi olduqca aktualdır. HassiMesaudda mәhsulun boru kәmәri (uz. 800 km) vasitәsilә Arzev portuna çatdırılması üçün 2 zavod tikilmişdir. Maşınqayırma ağır yük maşınları vә avtobusların quraşdırılması (Ruibada z-d), “Pejo” mühәrriklәri (Əlcәzairin şәhәrәtrafı qәs.), ekskavator, traktor (Konstantina) vә digәr k.t. maşın vә avadanlıqları (Sidi-Bәl-Abbas), vaqon vә d.y. avadanlıqları (Ənnabә vә Əlcәzair), dәzgah (Ued-Xamimin), elektrotexnika vә elektronikanın (TiziUzu, Əlcәzair, Sәtif, Konstantina, Sidi-BәlAbbas, Biskra, Mәhәmmәdiyә vә Tlemsen z-dları) istehsalına әsaslanır. Ənnabә, Tebessa, Arzev, Əlcәzair vә Oranda gübrә istehsalı, toxuculuq sәnayesi (yerli pambıq vә yun әsasında) inkişaf etmişdir. Mantar, kağız, sement vә şüşә istehsal olunur. Yeyinti sәnayesi müәssisәlәri Şimali Ə.-in, demәk olar ki, bütün şәhәrlәrindә yerlәşir (şәrabçılıq, konserv z-dları, tütün f-klәri, aqrar xammal emalı). Kustar sahәlәr: xalçaçılıq, naxıştikmә (Qәbail vә Oresanın dağlıq r-nlarında), şirli keramika, mis mәmulatı, saxsı qablar, burnuslar, mәişәt lәvazimatları, toxunma mәmulatlar.
İllik oduncaq tәdarükü tәqr. 2,7 min m3, o cümlәdәn mәişәt tәlәbatları üçün 2,3 min m3 tәşkil edir. Ağac tәdarükü (Hәlәb şamağacı vә Atlas sidri – ölkәnin әsas inşaat ağacları) Tәll-Atlas dağlarında mühüm yer tutur. Mantar palıdı mühüm tәsәrrüfat әhәmiyyәtlidir: onun tәdarükü üzrә İspaniya vә Portuqaliyadan sonra dünyada 3-cü yeri tutan Ə. bu sahәdә әn yaxşı istehsalçıdır.
Kәnd tәsәrrüfatı. Ə.-dә torpaq ehtiyatları mәhduddur – әrazisinin yalnız 17,4%-i k.t. üçün yararlıdır vә bunun tәqr. 74%-ni otlaqlar tutur (2014). K.t.-nın әsasını әkinçilik tәşkil edir (aqrar mәhsulların dәyәrinin 3/4). Yulaf (yığım min t; 2013) – 114, kartof 4400, buğda 3200, arpa 1750, zeytun 395, kolza 47, lobya 42, soğan 1144, pomidor 772, xurma 725 vә s. әsas k.t. mәhsullarıdır. Aralıq dәnizinin ensiz sahil zolağı, dağәtәyi vә dağarası düzәnliklәr әkinçilik üçün daha әlverişlidir. Quraqlıq sahәlәrdә yalnız suvarma әkinçiliyi mümkündür. Suvarılan torpaqlarda (5600 km2) әkinçilik üzrә mәhsulun (әsasәn, meyvә vә tәrәvәzin) 40%-i becәrilir. Dәnli bitkilәr, әsasәn, buğda (xüsusәn bәrk növlәri; Sidi-Bәl-Abbas, Sәrsuf vә Sәtifin mәhsuldar düzәnliklәrindә, Tәll-Atlasın daxili vilayәtlәrindә, Yüksәk platolarda vә Konstantina r-nunda), qarğıdalı vә yulaf üstünlük tәşkil edir. Sitrus bitkilәri, zeytun, xurma vә texniki bitkilәr becәrilir. Sahilboyu sahәlәrdә üzümçülük inkişaf etmişdir. Şәrab vә kişmiş ixracı k.t.-nın ixracat dәyәrinin tәqr. 60%-ini tәmin edir. Sitrus bitkilәri (әsasәn, portağal) Miticә düzәnliyindә vә Şәlif çayı vadisindә, zeytun – Qәbaildә (zeytun yığımının tәqr. 2/5-si), xurma – Böyük Sәhranın vahәlәrindә; faraş tәrәvәz (pomidor, kartof, soğan, kök, göy noxud vә әnginar), bostan bitkilәri, meyvә (alma, armud, әncir, gavalı, әrik vә şaftalı) vә badam – sahilboyu iri şәhәrlәrin (әsasәn, Əlcәzair vә Oran) әtraflarında yetişdirilir. Texniki bitkilәr arasında tütün üstünlük tәşkil edir. Əhalinin rasionunda әhәmiyyәtli yer tutan paxlalı bitkilәr: noxud, lobya, göy noxud vә s. Ən yaxşı kağız çeşidlәrinin, kanatların, cod parça vә toxuma mәmulatları istehsalı üçün alfa otunun (Əlcәzair sizalı) yığımı vә emalı ölkә tәsәrrüfatında xüsusi yer tutur.
Heyvandarlığın inkişafının getdikcә aşağı düşmәsi otlaqların vәziyyәti vә yem azlığı ilә bağlıdır. Mal-qaranın vә quşların ümumi sayı (baş; 2011): dәvә 264 min, keçi 4,2 mln., qaramal 2,4 mln., qoyun 19,2 mln., at 52,1 min, toyuq 195 mln. Qaramal, әsasәn, Şimali Ə.-in sahilboyu suvarılan әrazilәrindә saxlanılır. Davarın böyük hissәsi Tәll-Atlas r-nunda cәmlәşmişdir. Quru çöllәrdә vә yarımsәhra yastıdağlıqlarda yaşayan әhali üçün qoyunçuluq olduqca әhәmiyyәtlidir. Yüksәk platolarda vә daxili düzәnliklәrdә maldarlıq, әsasәn, köçәri vә yarımköçәri xarakter daşıyır. Ətin (әsasәn, qoyun әti) vә yunun çox hissәsi köçәri vә yarımköçәrilәrin әnәnәvi tәsәrrüfatlarında istehsal olunur. Aralıq dәnizinin sahilyanı suları balıqla zәngin olsa da (ançous, sardin, tuna, siyәnәk, skumbriya, krevetka vә kalmarlar), balıqçılıq zәif inkişaf etmişdir. Hәr il 100–110 min t-dan çox balıq ovlanır.
Nәqliyyat. Avtomobil nәql. ilә daxili sәrnişindaşımanın 85%-i, bütün yükdaşımaların isә 73%-i hәyata keçirilir. Avtomobil yollarının uz. 104 min km-dir (sıxlığı 43 km/1000 km2), o cümlәdәn 71,7 min km-i bәrkörtüklüdür (onun 640 km-i sürәt magistralıdır). Ə.-in Böyük Sәhradan c.-da yerlәşәn ölkәlәrlә nәql. әlaqәsini tәnzimlәyәn Əlcәzair–Laqos transsәhra magistralının qurulması müstәqillik illәrindә hәyata keçirilәn әsas layihәdir. D.y.-larının uz. 4 min km-dәn artıqdır (sıxlığı 18 km/ 10000 km2), onun 283 km-i elektriklәşdirilmişdir. D.y.-ları, әsasәn, daxili yükdaşımalarda istifadә olunur vә ölkәnin Əlcәzair, Ənnabә, Oran vә Konstantina kimi dörd әn iri sәnaye mәrkәzi üçün böyük әhәmiyyәt kәsb edir. Nәql.-da әsas problem yolların birxәtli olmasıdır. Xarici ticarәt daşımalarının әsas hәcmi (70%) dәniz nәql. ilә (d.y. ilә 20%, avtomobil yolları ilә 10%) hәyata keçirilir.
Port infrastrukturu yaxşı inkişaf etmişdir: 14 dәniz portu (keçirtmә qabiliyyәti 80 mln. t), o cümlәdәn çoxtәyinatlı Əlcәzair, Ənnabә, Arzev, Skikda, Oran, Müstәğanim vә Bicayә portları var. Ticarәt donanmasında ümumi tonnajı 838 min reg. br.-t (vә ya 930 min t dedveyt) olan 59 gәmi vardır. Neft vә mayelәşdirilmiş qaz ölkә gәmilәri, quru yüklәrin böyük hissәsi isә isә xarici gәmilәr vasitәsilә daşınır.
Ə.-dә boru kәmәri nәql. әsaslı inkişaf etmişdir. Boru kәmәrlәrinin ümumi uz. 9858 km-dir, o cümlәdәn 6612 km xam neft, 298 km neft mәhsulları, 2948 km tәbii qazın nәqli üçündür. İki qaz kәmәri Avropaya qazın ixracatı üçün istifadә olunur: “Transmed” – Tunisdәn İtaliyaya (ildә 24 mlrd. m3) vә “Mәğrib – Avropa” – Mәrakeş vә Cәbәlüttariq boğazından İspaniya vә Portuqaliyaya (8,5 mlrd. m3).
Qәrbi Avropanı Afrika ilә әlaqәlәndirәn bütün beynәlxalq hava yolları, demәk olar ki, Ə.-dәn keçir. Ümumilikdә 157 aeroport, o cümlәdәn paytaxtda Dar-әl-Beyda beynәlxalq aeroportu var. Beynәlxalq uçuşları hәmçinin Oran, Konstantina, Ənnabә, Tlemsen, Qardaya vә Tebessa aeroportları hәyata keçirir.
Оран порту.
Xarici iqtisadi әlaqәlәr. İxrac dәyәri (2016) 24,96 mlrd. dollar, idxal dәyәri isә 44,6 mlrd. dollardır. Neft, mayelәşdirilmiş qaz, neft mәhsulları, dәmir filizi, fosforitlәr, civә, şәrab vә içkilәr, meyvә vә faraş tәrәvәz, zeytun yağı, tütün, mantar, diri mal-qara (qoyun), yun vә xalça әsas ixrac mәhsullarıdır. İxracatın 13,7%-i İtaliya, 6,4%-i ABŞ, 12,3%-i Fransa, 17,4%-i İspaniya vә 4,5%-i Braziliyanın payına düşür (2015). İdxalatın әsasını maşın vә avadanlıqlar, metal mәmulatları, nәql. vasitәlәri, әrzaq vә içkilәr, digәr istehlak malları tәşkil edir. Fransa (idxal dәyәrinin 10,3%i, 2015), İtaliya (8,8%), İspaniya (7,2%), Çin (15%) vә Almaniya (6,2%) әsas ticarәt tәrәfdaşlarıdır.
Silahlı qüvvәlәr
Ə.-in silahlı qüvvәlәri (SQ) nizami (tәqr. 220 min nәfәr) vә qeyri-nizami (tәqr. 90 min nәfәr) qoşunlardan ibarәtdir. Hәrbi idarәetmәnin ali orqanları Milli Müdafiә Nazirliyi vә SQ qәrargahıdır. Nizami SQ quru qoşunları (QQ), HHQ, HHM qoşunları vә HDQ-dәn ibarәtdir (2004). Ə. SQnin әsasını QQ tәşkil edir. Onun döyüş tәrkibi 4 diviziya (2 mexaniklәşdirilmiş, 2 tank diviziyası) vә 18 әlahiddә briqadadan (6 motorlaşdırılmış piyada, 4 mexaniklәşdirilmiş, 5 zenit-artilleriya, tank, hava desantı vә zenit-raket briqadaları) ibarәtdir. QQ 1200 döyüş tankı, 1800 sәhra topu, 1300 minaatan vә YARS, 800 tankәleyhinә vasitә, tәqr. 1000 zirehli maşın, 3 mindәn çox zenit vәsitәsi ilә silahlanmışdır. HHQ 12 döyüş eskadrilyası vә helikopter polkundan ibarәtdir. HHQ-nin döyüş tәrkibinә ümumilikdә 180 döyüş tәyyarәsi vә tәqr. 100 döyüş vә nәqliyyat helikopteri daxildir. HHM qoşunalrı 3 zenit-raket briqadasından vә 3 әlahiddә zenit artilleriya divizionundan, hәmçinin radiotexnika qoşunları bölmәlәrindәn ibarәtdir. HDQ döyüş gәmilәri vә katerlәri divizionlarından, sahil müdafiәsi divizionlarından, dәniz piyadaları vә sahil mühafizәsi batalyonları vә s. ibarәtdir; sualtı qayıqlar, döyüş gәmilәri, raket, keşikçi vә torpeda katerlәri ilә silahlanmışdır. Qeyri-nizami qoşunlara milli jandarmeriyası (tәqr. 45 min nәfәr), resp. qvardiyası (tәqr. 5 min nәfәr), milli tәhlükәsizlik qüvvәlәri (tәqr. 2 min nәfәr), mülki müdafiә qoşunları daxildir. Ə. SQ ümumi hәrbi mükәllәfiyyәt haqqında qanuna әsasәn komplektlәşdirilir, hәrbi çağırış ildә iki dәfәdir, çağırış yaşı 19–27 yaş arasındadır, hәqiqi hәrbi xidmәt müddәti 1,5 ildir. Zabit kadrları ümumqoşun akademiyasında, hәrbi mәktәblәrdә tәhsil almış, yaxud xaricdә müvafiq hәrbi tәlim keçmiş şәxslәrdәn komplektlәşdirilir.
Sәhiyyә
Ə.-dә 58 min çarpayılıq 700-ә qәdәr müalicә-profilaktika müәssisәsi, 500-ә qәdәr poliklinika, 1200-dәn artıq sağlamlıq mәrkәzi var (2000). Hәkimlәr Əlcәzair Untindә vә onun Oran vә Konstantina filiallarında hazırlanır. Dövlәt sektorunda 23,1 min, özәl sektorda 10,8 min hәkim işlәyir (2001). Sәhiyyәyә qoyulan xәrc ÜDM-in 6,6 %-ni tәşkil edir (2013). Xәstәlәnmә strukturunda infeksion xәstәliklәr üstünlük tәşkil edir. Ölümün әsas sәbәblәri – leyşmanioz, meningit, qarın yatalağı, dizenteriyadır. Hәmman-bu-Hәcәr, HәmmanMeskutin vә s. kurortları var.
İdman
Bәdәn tәrbiyәsi vә idman mәsәlәlәri ilә Gәnclәr vә İdman Nazirliyi mәşğul olur. Yüngül atletika, futbol, boks, hәndbol daha cox inkişaf etmiş idman növlәrindәndir. 1990 ildә futbol üzrә Ə. yığma komandası Afrika kubokunu qazanmışdır. Ə.-in futbol klubları 4 dәfә (1976, 1981, 1988, 1990) Afrika çempionlar kubokunun qalibi olmuşdur. Ə. Olimpiya Komitәsi BOK tәrәfindәn 1964 ildә tanınmışdır vә hәmin ildәn Ə. milli yığma komandası Olimpiya Oyunlarında iştirak edir. Ə. idmançıları Olimpiya Oyunlarında (1964–2016) 5 qızıl, 4 gümüş, 8 bürünc medal qazanmışlar.
H.Boulmerka (1992), 3 dәfә dünya çempionu (1991, 1993, 1995) N.Morseli (1996), N.Merah-Benida (2000), T.Mahlufi (2012) – hәr dördü 1500 m mәsafәyә qaçışda, boksçu H.Soltani (1996) 60 kq çәki dәrәcәsindә qәlәbә qazanmışlar.
Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri
Ə.-in tәhsil sisteminә mәktәbәqәdәr tәrbiyә, ibtidai vә orta ümumtәhsil müәssisәlәri, texniki peşә hazırlıq mәrkәzlәri, un-t vә un-t mәrkәzlәrinin geniş şәbәkәsi, milli ali mәktәb vә in-tlar daxildir. Mәktәbәqәdәr vә mәktәbәhazırlıq müәssisәlәri Maarif vә Baza Tәhsili Nazirliyinin tabeliyindәdir. Ali tәhsil müәssisәlәrinin idarәolunması vә mütәxәssislәrin ixtisasartırması Ali Tәhsil vә Elmi Tәdqiqatlar Nazirliyi tәrәfindәn hәyata keçirilir. Ali tәhsilin istiqamәtlәndirilmәsi haqqında Qanun (1999) bu sahәdә әsas sәnәddir; 2000–01 illәrdә Milli Un-t konfransının yaradılması vә fәaliyyәtini tәnzimlәyәn sәnәdlәr bu qanunu inkişaf etdirmişdir.
Ə.-dә 1300-dәn artıq dövlәt ödәnişli mәktәbәqәdәr müәssisә vardır. Ümumi icbari tәhsil (6–15 yaşlı uşaqlar üçün) pulsuzdur vә bunu baza mәktәblәri verir (ibtidai tәhsil 6 il olmaqla, tәhsil müddәti 9 ildir). Yaxşı oxuyan şagirdlәr tәhsillәrini ümumtәhsil vә ya ixtisaslar üzrә texniki liseylәrdә davam etdirirlәr. Orta tәhsilin tam kursu 13 ilә qәdәrdir; bakalavr şәhadәtnamәsi imtahan nәticәlәri әsasında verilir. Mәktәbyaşlı uşaqların 95%-i ibtidai, 52%-i orta tәhsilә cәlb olunmuşdur. İxtisaslaşmış musiqi, rәssamlıq vә idman mәktәblәri ödәnişli әsaslarla fәaliyyәt göstәrir. Ə. ictimaiyyәtinin islami dәyәrlәrin dirçәlişi uğrunda hәrәkatı bu dәyәrlәrin tәrbiyә vә tәhsil sahәsindә tәsbiti ilә nәticәlәnmişdir. Ərәblәşdirmә әslindә yalnız әrәbcә bilәn geniş xalq kütlәlәri üçün tәhsili әlçatan etmәkdir. 2001 ildә ölkәdә 15 yaşa qәdәr kişilәr arasında savadsızlıq 21,9%, qadınlar arasında isә 36,7% tәşkil etmişdir.
Peşә tәhsili orta texniki-peşә tәhsili müәssisәlәrindә (profilindәn asılı olaraq tәhsil 1–3 ildir), peşә hazırlığı mәrkәzlәri vә müәssisәlәrdәki şagirdlik mәrkәzlәrindә hәyata keçirilir. 700-dәn çox peşә hazırlığı mәrkәzi fәaliyyәt göstәrir.
Ali tәhsil şәbәkәsi 38 şәhәrdә yerlәşәn 7 un-ti vә 170 digәr ali mәktәbi әhatә edir. Ali tәhsil müәssisәlәrindә 1 mln.-dan artıq yerli, 80 mindәn çox xarici tәlәbә tәhsil alır (2008). Ən böyük ali tәhsil müәssisәlәri: Əlcәzair Un-ti (1879), Əlcәzairdә (1974) vә Oranda (1986) H.Bumedyen ad. tәbiyyat elmlәri vә texnologiya un-tlәri, Konstantinada un-t (1969) vә İslam un-ti (1984), Bumerdasda (1964) neft-qaz vә toxuculuq, Ənnabәdә (1975) dağ-mәdәn vә metallurgiya sahәlәri üçün yaradılmış ali mәktәb vә texnikumlar, Əl-Xәrraşda ali baytarlıq mәktәbi (1965) vә s. Ə.-dә әn iri elmi tәdqiqat müәssisәlәri: Paster in-tu (1910), Nüvә tәdqiqatları in-tu (1966), Göte in-tu (1963) vә s. Ən iri kitabxanalar: Milli kitabxana (1835) vә Əlcәzair Un-tinin kitabxanası (1880). Əsas muzeylәr (hamısı Əlcәzair ş.-ndә): Asari-әtiqә Milli Muzeyi (1897), Ə. Milli Muzeyi (1930), İbtidai Tarix vә Etnoqrafiya milli muzeyi (1930 ildәn Bardo villasında), İnqilab Muzeyi (1983) vә s.
Kütlәvi informasiya vasitәlәri
Ə.-dә yerli mәtbuat 20 әsrin 30-cu illәrindә yaranmışdır. Ölkәdә 30-dan çox qәzet (әsasәn, әrәb vә fransiz dillәrindә) buraxılır (2004). Ən nüfuzlu qәzetlәr: әrәb dilindә – “Əl-Vәtәn”, “Əl-Yaum”, “Əl-Xәbәr”; fransız dilindә – “Əl-Mücahid” (“ElMoudjahid”, 1965) vә “Maten” (“Le Matin”); bәrbәr dillәrindә – “Assalu”; ingilis – “Nort Afrikan Cornal” (“North African Journal”). “Aljeri Press Servis” (“Algerie Press Service”) rәsmi informasiya agentliyidir (1961). 1999 ildәn “Ajans Aljeryen d’Enformasyon” (“L’Agence Algerienne d’İnformation”) özәl informasiya agentliyi fәaliyyәt göstәrir. Dövlәt televiziya vә radio verilişlәri şirkәti “Radio-televizyon Aljeryen” (“Radio-Television Algerienne”) 1962 ildә fәaliyyәtә başlamışdır. Radio verilişlәri (radiomәrkәzlәr Əlcәzair vә Konstantina şәhәrlәrindә yerlәşir) әrәb, bәrbәr vә fransız dillәrindә yayımlanır. Televiziya verilişlәri (telemәrkәz Əlcәzair ş.-ndә) әrәb vә fransız dillәrindә aparılır. 1998 ildәn özәl televiziya vә radiostansiyaları fәaliyyәt göstәrir.
Ялъязаир Милли Китабханасы. 1835 ил.
Ədәbiyyat
Ə. әdәbiyyatı әrәb dilindә (onun әdәbi vә dialekt formalarında), bәrbәr dillәrindә vә fransız dilindә inkişaf edir.
Ə. әdәbiyyatı әrәb dilindә. İndiki Ə. әrazisindәki dövlәtlәrdә әdәbiyyat 8–9 әsrlәrdәn başlayaraq klassik әrәb әnәnәlәri zәminindә inkişaf etmişdir. 20 әsrdә yaranmağa başlayan yeni Ə. әdәbiyyatı Mәhәmmәd Ben Şәnәb vә Əbd әl-Hәmid Ben Bәdisin adları ilә bağlıdır. Müfdi Zәkәriyyә (milli himnin müәllifi, 1955) vә müasir Ə. poeziyasının banisi sayılan Mәhәmmәd әlİd klassik әnәnәlәrә әsaslanmışlar. 20 әsrin әvvәllәrindә daha çox әrәb dilinin Əlcәzair dialektindә xalq fars tamaşaları әnәnәlәrini davam etdirәn milli dramaturgiya yaranmışdır. İkinci dünya müharibәsindәn sonra nәsr formalaşmağa başlamışdır. 1950–60cı illәrdә milli azadlıq müharibәsi, sosial inkişaf uğrunda mübarizә (Əhmәd RidaXuxu, Əhmәd Aşur, Zühur әl-Vanisi, Əbdәlmәcid әş-Şafii, Hәnәfi Bәnisa, Fadil Mәsudi), yeni Ə.-in bәrqәrar olması, әrәbmüsәlman vә Qәrb mәdәniyyәtlәrinin qarşıdurması (Əbdәlhәmid Benheduqa, әtTahir Vәttar) әdәbiyyatın әsas mövzuları idi. 20 әsrin son onilliklәrinin başlıca mövzusu mәmur özbaşınalığı vә terrorizm olmuşdur: Əbdәlhәmid Benheduqanın “Sabah yeni gün olacaq” (1992), Vәttarın “Şam vә labirintlәr” (1995), “Müqәddәs Tahir öz pak mәqbәrәsinә qayıdır” (1999) romanları.
Ə. әdәbiyyatı bәrbәr dillәrindә. Ə.-in bәrbәrdilli әdәbiyyatında qәbillәrin yaradıcılığı önәmli yer tutur. Onların poeziyası daha çox milli azadlıq mübarizәsi ilә bağlıdır. 1871–72 illәr milli azadlıq hәrәkatının mәğlubiyyәt acısını şairlәrdәn Smail Əzikkiv, Mohәnd-ül-Hosin, Mohәnd Musa Əvaqnun, Mohәnd-ül-Moxtar, Mohәnd-uAşurun әsәrlәrindә öz ifadәsini tapırdı.
Ə. әdәbiyyatı fransız dilindә 1920– 30-cu illәrdә tәşәkkül tapmış (banisi şair A.-J.Amruş idi), tam şәkildә İkinci dünya müharibәsindәn sonra formalaşmışdır. Azadlıq uğrunda silahlı mübarizә (1954–62) başlayanadәk onun әsas nümayәndәlәri mәişәt romanları yazan M.Fәraun (“Kasıb oğlu”, 1950; “Torpaq vә qan”, 1953) vә M.Mәmmәri (“Unudulmuş tәpә”, 1952) idi. Katib Yasinin 1956 ildә Parisdә çıxan, azadlıq mübarizәsinә hәsr olunmuş “Nәcmә” romanı etnoqrafik әsәrlәr mәrhәlәsinә son qoydu. Hәddadın (“Mәn sәnә ahu bәxş edәrәm”, 1959) vә s. romanlarında ziyalıların müharibәdәki rolu araşdırılır. Poeziyada (M.Hәddad, Katib Yasin, M.Dib, N.Tidafi, N.Aba) başlıca mövzu düşmәnә müqavimәt vә hәlak olanlara hüzn idi. 1960–70-ci illәrdә şairlәrin (X.Belxalfaui, Y.Sәbti, T.Caut) yaradıcılığında azadlıq müharibәsinin nәticәlәrindәn doğan kәdәr motivlәri әsas yer tuturdu. 1970-ci illәrin әvvәlindә azadlıq uğrunda mübarizәnin nәticәlәrini, Ə.-in taleyini dәrk etmәyә çalışan “yeni nәsil” nümayәndәlәri (R.Bücdera, N.Fares, R.Mimuni) meydana gәldi. Hekayә janrı (M.Aşur) inkişaf etdi. 1980ci illәrdә Ə.-dә vәtәndaş müharibәsinin başlanması vә terrorun vüsәt almasından yaranan pessimizm, ümidsizlik R.Mimuninin (“Çevrilmiş çay”, 1982), T.Cautun (“Sümükyığanlar”, 1984; “Sәhranın kәşfi”, 1987) romanlarında öz әksini tapdı. 1990cı illәrdә Ə. yazıçı vә şairlәri әsәrlәrindә terrorizmi (“Şeylәrin nizamsızlığı”, 1990, “Hәyatın әsl üzü”, 1997, R.Bücedra; “Hәyatın yükü”, 1991, “Qarğış”, 1993, R.Mimuni; “Əgәr şeytan istәsә”, 1998, M.Dib), cinayәtkarlıq vә korrupsiyanı (Yasmin Hәdra tәxәllüsü ilә yazan M.Mülәssәgülün “Ölümә gedәn!”, 1997, “Yazıçı”, 2001) tәhlil vә mühakimә edirdilәr.
Memarlıq vә tәsviri sәnәt
Tassilin-Acer platosunda (Mәrkәzi Böyük Sәhrada) mağara-mәskәnlәr (tәqr. e.ә. 10–1-ci minillik) vә nadir polixrom qaya tәsvirlәri (e.ә. 8–3-cü minilliyin әvvәli vә eramızın ilk әsrlәri) olan saxlanılmışdır.
E.ә. 2-ci minilliyin sonu – 1-ci minillikdә ölkәnin sahilboyu rayonlarında Finikiya koloniyaları Kartenna (indiki Tenes), İkozium (Əlcәzair ş.), Hippon vә İolun (Şerşel) incәsәnәti inkişaf etmişdi. E.ә. 7–4 әsrlәr vә sonrakı dövr Ə. incәsәnәtinә Karfagen bәdii mәdәniyyәtinin güclü tәsiri olmuşdur. E.ә. 3 әsrdә indiki Ə.-in şm.-ında liviyalıların (bәrbәrlәrin әcdadları) yaratdıqları tayfa ittifaqları e.ә. 2001 ildә vahid Numidiya çarlığında birlәşmişdi. Burada Numidiya–Karfagen nailiyyәtlәrini özündә әks etdirәn orijinal mәdәniyyәt meydana gәlmişdi (dairәvi planda Medrasen “mәqbәrәsi”, e.ә. 3 әsr; “Mavritaniya hökmdarlarının mәqbәrәsi”, e.ә. 2–1 әsrlәr). Ölkәnin Roma tәrәfindәn işğalından sonra Ə.-dә antik şәhәrsalma üsulları vә memarlığı geniş yayıldı. Yeni yaradılan şәhәrlәrdә (Cәmilә, Tipasa, Timqad, Konstantina) mozaika vә heykәllәrlә bәzәdilmiş mәbәdlәr, teatrlar, zәfәr tağları, termalar, ictimai vә yaşayış binaları, körpülәr, akveduklar tikilirdi.
Константинa шящяриндян эюрцнцш.
Bizans dövründә qalalar, bazilikalar, baptisterilәr, mәqbәrәlәr inşa edilirdi; dekorda daş üzәrindә oymadan geniş istifadә olunurdu. Roma vә Bizans dövründә rәngkarlıq vә heykәltәraşlıqla yanaşı, bәdii sәnәtkarlıq da (şüşә istehsalı, keramika, zәrgәrlik işlәri) yüksәk sәviyyәyә çatmışdı. 7 әsrin sonundan müsәlman Şәrqi incәsәnәtinin tәsiri orta әsrlәr Tahert (indiki Tiaret), Sәdrat, Mzab vadisi şәhәrlәrinin memarlığında özünü göstәrirdi. 10 әsrdә Fatimilәr dövründә bәrbәrlәrin mәskunlaşdığı yerlәrdә (Aşirdә, xüsusәn Beni-Xәmmadad) saray ansamblları yaradılmışdı. 12 әsrdә Tlemsen ölkәnin mәdәniyyәt mәrkәzi idi.
Orta әsrlәr Ə. şәhәrlәri dar, әyri küçәlәri olan möhkәmlәndirilmiş mәrkәzdәn – mәdinәdәn vә hökmdar sarayı yerlәşәn qәsәbәdәn ibarәt idi. Ərәb-bәrbәr mәdәniyyәtinin Ə. qolunun formalaşması yerli uslubda sütunlu mәscidlәrin (Əlcәzair, Nedroma vә Tlemsenin böyük mәscidlәri) inşasında özünü göstәrirdi. Memarlıq dekorunda stalaktitlәr, ornamental kәrpic hörgüsü, kaşılı frizlәr geniş tәtbiq olunurdu. Yaradıcılığın bütün növlәrindә nәbati vә hәndәsi ornament, xәttatlıq inkişaf etmişdi. Osmanlı dövründә Türk memarlığının bir sıra forma vә dekorları mәnimsәnildi. Keramika vә metal sahәsindә qәdim әrәb, köçәri tayfaların yaradıcılığında isә yerli bәrbәr әnәnәlәri saxlanılmışdı.
Мящяммяд Расимим миниатцрц.
Müstәmlәkә dövründә fransızlar tәrәfindәn әsası qoyulmuş fortlarlar müntәzәm planlı tikililәri olan şәhәrlәrә çevrilirdi. 20 әsrin 1-ci yarısında Le Korbüzyenin (1930cu illәrdәn Əlcәzair ş.-nin planlaşdırılması üzrә komissiyanın üzvü olmuşdur) şәhәrsalma ideyaları ölkә memarlığına hәlledici tәsir göstәrmişdir. Şәhәr vә kәnd evlәri әnәnәvi planlaşdırma vә dekora riayәt etmәklә inşa olunurdu. 1881 ildә Əlcәzair ş.-ndә әsası qoyulmuş Milli Memarlıq vә Zәrif Sәnәtlәr Mәktәbi ölkәnin Avropa bәdii әnәnәlәrinә qoşulmasına imkan yaratdı (rәssamlar Mәhәmmәd vә Ömәr Rasim qardaşları, Temam Ranem). Ölkәdә memarlığın, tәsviri vә tәtbiqi sәnәtin inkişafında rәssam vә heykәltәraşların milli birliyinin, hәmçinin Əlcәzair ş.-ndәki Zәrif vә Dekorativ Sәnәtlәr Mәktәbi vә Orandakı şәhәr zәrif sәnәtlәr mәktәbinin mühüm rolu olmuşdur. Xalq sәnәti metal üzәrindә oyma vә zәrbetmә, naxışlı keramika, ornamentli parçalar, tikmәlәr, elәcә dә xalçaçılıqla tәmsil olunur.
Musiqi
Ə.-in musiqi mәdәniyyәti digәr Mәğrib ölkәlәrinin musiqi irsi ilә sıx әlaqәdә inkişaf etmişdir. Onun özünәmәxsusluğu bәrbәr, әrәb, İran, Əndәlis bәdii әnәnәlәrinin sintezinә әsaslanır. Orta әsrlәrdә Ə. musiqisi әrәb, İran, 13–15 әsrlәrdә Mavritaniya, 16 әsrdәn isә türk musiqisinin tәsirinә mәruz qalmışdır. Birsәsli xalq musiqisi yeddipillәli sәsdüzümünә әsaslanır; ritmik cәhәtdәn rәngarәngdir. Vokal musiqi geniş yayılmışdır. Klassik musiqi nümunәlәrindәn zidan, qribdil, mayә, rәmәl-mayә, mәzmum, muәl növbәlәri geniş yayılmışdır.
Bәzi növbәlәr türk vә İran muğamları ilә qovuşmuşdur. Musiqi alәtlәri: qәsәbә, qayta, ud, qanun, rübab, tar (dәf), darbuka vә s. 20 әsrin әvvәllәrindәn musiqi hәyatının avropalaşdırılması meyli yaranmışdır. Musiqi vә Deklamasiya Konservatoriyası (1920, Əlcәzair ş.), Bәlәdiyyә Musiqi vә Deklamasiya Konservatoriyası (1932, Oran) tәsis edilmişdir. H.M. әl-Anka, M.Baştәrzi vә b. mәhşur musiqi xadimlәridir. Tobal, A.Ababsı, X.Benatia, Ə.Əl-Vәhhab Xoca tanınmış bәstәkarlar, A.Vәhdi, Z.Mәhәmmәd, T.Amruş, M.Vәfa populyar müğәnnilәrdir. Milli Musiqi İn-tu (1962, Əlcәzair ş.), Klassik musiqi ansamblı (Tlemsen), Milli rәqs ansamblı (1981, Əlcәzair ş.) fәaliyyәt göstәrir.
Azәrb. incәsәnәt ustaları dәfәlәrlә Ə.dә qastrolda olmuşlar. Ə. musiqi folkloru әsasında Azәrb. bәstәkarlarından R.Hacıyev “Üç inqilab” (1973), “Flov” (1975) vә “Hürriyyә” (1979) baletlәrini, S.İbrahimova kamera orkestri üçün “Əlcәzair lövhәlәri”ni (1973) yaxmışlar.
Teatr
Qәdim tarixә malik Ə. teatrı dini ayin vә mәrasimlәr, şifahi xalq yaradıcılığı vә oyunlarla bağlıdır. Nağılçı vә dastançılar – qәvvallar hekayәtlәrini rәqs vә pantomima ilә canlandırır, rübabda müşayiәt edirdilәr. 16 әsrdәn “Qaraquz” (“Qaragöz”) kölgә xalq teatrı geniş yayılmışdı. Tamaşalarda, әsasәn, satirik sәhnәlәr göstәrilirdi (1842 ildә müstәmlәkә әleyhinә yönәldiyinә görә fransız hakimiyyәti tәrәfindәn tamaşalara qadağa qoyulmuşdu). 1853 ildә Əlcәzair ş.-ndә ilk müasir tipli teatr fәaliyyәtә başlamışdır. 20 әsrin 20-ci illәrindә Ə.-dә professional teatr yaranmış, 1926 ildә әrәb dilindә ilk dәfә “Cәhinin kәlәklәri” pyesi tamaşaya qoyulmuşdur. 1930-cu illәrin әvvәllәrindә dramaturq, aktyor vә rej. M.Baştәrzi ilk peşәkar Ə. milli truppasını yaratmışdır. 1954 ildә aktyor M.Katib özünün “Peqas” adlı truppasını tәşkil etmişdir. Sonralar onun yaratdığı Bәdii ansambl Ə.-dә milli teatrın (1963) әsasını qoymuşdur. 1960-cı illәrin sonlarında meydana gәlmiş hәvәskar truppaların bir neçәsi Ə. teatr sәnәtinin inkişafında mühüm rol oynamışdır: “Dәniz teatrı” (1968, Oran), “Gәnclәr teatrı” (1969, Əlcәzair ş.) vә s. 1968 ildәn Timqad ş.-ndә Aralıq dәnizi ölkәlәrinin teatr festivalları, 1985 ildәn Əlcәzair ş.-ndә teatr festivalı keçirilir. 1986 ildә Milli Dram Sәnәti İn-tu açılmışdır. SidiBәl-Abbas, Ənnabә, Buleydә vә s. şәhәrlәrdә teatrlar fәaliyyәt göstәrir.
Оран театры.
Kino
Ə.-in milli kinematoqrafiyası 1954–62 illәr milli azadlıq inqilabı dövründә yaranmışdır. 1957 ildә Milli Qurtuluş Cәbhәsi kino mәktәbini tәsis etdi. “Əlcәzair od içindә” (1958, fransız rej.-u R.Votye), “Yasmina” vә “Xalqın sәsi” (hәr ikisi 1961, rej. M.L.Hәminә) ilk sәnәdli-xronika filmlәridir. Müstәqillik әldә edildikdәn sonra Milli Kino Mәrkәzi vә Milli Əlcәzair Sinematekası, 1967 ildә Milli Kinematoqrafiya Ticarәti vә Sәnayesi İdarәsi yaradılmışdır. İlk dövrlәrdә filmlәr yalnız müstәmlәkәçilik әleyhinә mövzularda çәkilirdi. M.Badinin “Gecә günәşdәn qorxur” vә A.Rәşedinin “Lәnәtlәnmişlәrin sәhәri” (hәr ikisi 1965), Hәminәnin “Auresdәn әsәn külәk” (1966), S.Riyadın “Yol” (1968), T.Faresin “Qanuna qarşı çıxanlar” (1968), R.Laaracinin “Azadlıq inqilabı haqqında hekayәlәr” (1969), Hәminәnin “Alovlu illәrin xronikası” (1974, Beynәlxalq Kann kinofestivalının Böyük mükafatı) filmlәri beynәlxalq nüfuz qazanmışdır. Müstәmlәkә dövründәn sonrakı gerçәklik ilk dәfә M.Buamarinin “Kömürçü” kinodramında әksini tapmışdır. Sonralar ekran әsәrlәrinin mövzu dairәsi xeyli genişlәnmiş, Ə. kәndindәn, qadın azadlığından, ailә vә gәnclәr problemlәrindәn bәhs edәn kinolar çәkilmişdir: S.Ə.Mazifin “Köçәrilәr” (1975), “Leyla vә başqaları” (1978); M.Alluaşın “Ömәr Qatlato” (1976) vә “Qәhrәmanın macәraları” (1978); B.Tsakinin “Külәyin övladları” (1979) vә “Bir görüşün tarixçәsi” (1982); M.Tayibin “Musanın toyu” (1982), M.Şuihin “İçqala” (1989) filmlәri bu qәbildәndir. Kinokomediyalar (S.Riyadın “Taksi sürücüsü Hәsәn”, 1982 vә B.Bәxtinin “Mәxfi sürücü”, 1991) lentә alınmışdır. Rej. Alluaşın “Bab әl-Ued Siti” (1994) filmindә islami dәyәrlәrdәn bәhs olunur.
“Баб ял-Уед Сити”филминдян кадр. Реж. М.Аллуаш. 1994.
Əd.: Жюльен Ш.-А. История Северной Африи. М., 1961. Т. 1–2; Lacheraf M. L’Algérie: nation et société. P., 1965; Шариб А., Аль-Мили М. Аль-Джазаир фи мират ат-тарих. Константина, 1965; Путинцева Т. А. Тысяча и один год арабского театра. М., 1977; Ageron Ch.-R. Histoire de l’Algérie contemporaine. 8 éd. P., 1983; Эльснер Ю. Западно-восточные связи классической алжирской музыки // Традиции музыкальных культур народов Ближнего, Среднего Востока и современность. М., 1987; Каптере ва Т. П. Искусство стран Магриба. М., 1980–1988. [Ч. 1]: Древний мир. [Ч. 2]: Средние века. Новое время; Gabrieli F., Chiauzzi G., Cerqua Cl. S. Maghreb médiéval. Aix-en-Provence, 1991; История Алжира в новое и новейшее время. М., 1992; Дем кина О. Н., Прожогина С. В. Литература Алжира. М., 1993; Ланда Р. Г. История Алжира. XX век. М., 1999; Антология берберской литературы (кабилы). М., 2001. Т. 1–2; Вей марн Б. В. Классическое искусство стран ислама. М., 2002.