Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLCƏZAİR XALQ PARTİYASI

    ƏLCƏZAİR XALQ PARTİYASI (ƏXP; Parti du peuple algérien; PPA) – 1937 ildә fransa hakimiyyәti tәrәfindәn qadağan edilmiş “Şimali Afrika Ulduzu” (ŞAU) bazasında yaradılmış siyasi partiya. Millәtçilik mövqeyindә olmuş, Əlcәzairә müstәqillik verilmәsini tәlәb etmişdir. Partiyanın lideri ŞAU-nun keçmiş rәhbәri Messali Hac idi. 1939 ildә fransız hakimiyyәti tәrәfindәn qadağa qoyulsa da, partiya gizli şәraitdә fәaliyyәt göstәrmişdir. 1943 il dә ölkәnin müxtәlif siyasi qüvvәlәrinin hәmrәyliyinә yardımçı olan “Əlcәzair xalqının manifesti” ilә çıxış etmiş, 1945 ilin mayında Əlcәzairdә fransız müstәmlәkә hökmranlığına qarşı xalq üsyanının fәal iştirakçısına çevrilmiş, üsyan yatırıldıqdan sonra da gizli fәaliyyәtini dayandırmamışdı. 1946 ildә ƏXP әsasında leqal “Demokratik azadlıqların tәntәnәsi uğrunda hәrәkat” (DATH; Mouvement pour le triomphe des libertés démocratiques; MTLD) partiyası yaradıldı; nәzdindә konspirativ hәrbi qrup (Xüsusi tәşkilat – Organisation speciale; OS) fәaliyyәt göstәrirdi. 1940-cı illәrin sonu –1950-ci illәrin әvvәllәrindә daxili qruplaşmalar arasında gedәn sәrt mübarizә ilә әlaqәdar böhran keçirәn partiyanın bazasında 1953 ildә İnqilabi komitә yaradıldı vә müstәmlәkә hakimiyyәtinә qarşı silahlı üsyana hazırlıqlara başlandı. 1954 ildә OS, DATH-ın fraksiyaları vә Əlcәzair әrazisindә fәaliyyәt göstәrәn partizan dәstәlәri komandirlәrinin yığıncağında Milli inqilab şurası formalaşdırıldı. Şura ona tabe olan bütün hәrbi birlәşmәlәri Milli azadlıq ordusunda, bu ordunu dәstәklәyәn tәşkilatları isә hәmin ilin noyabrından Əlcәzairin müstәqilliyi uğrunda mübarizәyә rәhbәrlik etmiş Milli azadlıq cәbhәsindә birlәşdirdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç