“ƏLCƏZAİR ORQANİK STATUTU” (1947) – Fransa parlamentindә qәbul olunmuş qanun. Bu qanuna görә, Əlcәzair formal olaraq “Fransa departamentlәri qrupu” elan edildi, әhaliyә Fransa vәtәndaşlarının bütün hüquqları ilә tәmın olunacaqlarına dair zәmanәt ve rildi. Əslindә isә bu sәnәd Əlcәzair müsәlmanlarının kütlәvi hәbslәrinә imkan yaratdı. “Ə.o.s.” Fransanın Əlcәzairdәki müstәmlәkә rejimini qoruyub saxladı, hakimiyyәt Fransa tәrәfindәn tәyin olunan vә 6 nәfәrlik hökumәt şurasına rәhbәrlik edәn gen.-qubernatorun әlindә cәmlәşdi. Əlcәzair mәclisinin (120 nәfәrlik) sәlahiyyәti büdcәnin müzakirәsilә mәhdudlaşırdı. “Ə.o.s.” üzrә mәclisә seçkilәr (1948, 1951, 1954) antidemokratik әsaslarla keçirilirdi: ölkә әhalisinin 1/9-ni tәşkil edәn avropalıların 120 nәfәr mәclis üzvündәn 60-ını seçmәk hüquqları vardı.