ƏLCƏZAİRLİLƏR – 1) Əlcәzairin әsas әhalisi. Sayları tәqr. 40,4 mln. nәfәrdir (2016). Tәqr. 0,8 mln. nәfәr Fransa, Belçika, Almaniya vә Niderlandda yaşayır. Ə.-in tәşәkkülündә bәrbәrlәr, әrәb istilaları zamanı Əlcәzairә köçmüş әrәb tayfaları, müsәlman İspaniyasından, Osmanlı imperiyasından (әsasәn, yeniçәri nәsillәrindәn olanlar) vә Tropik Afrikadan [Əlcәzairin şm.-ında – qinaualar (qvineyalılar), Əlcәzairin Böyük Sәhra vahәlәrindә yaşayan xaratinlәr] gәlәnlәr iştirak etmişlәr. 2) Əlcәzair әrәblәri. Sayları 23,9 mln. nәfәrdir (2004). Ərәb dilinin Mәğrib vә Böyük Sәhra dialektlәrindә, hәmçinin fransız dilindә danışırlar. Dindarları müsәlmandır.
Яняняви эейимли ялъязаирлиляр.
Ə.-in әnәnәvi mәşğuliyyәti xış әkinçiliyi (buğda, arpa), bağçılıq vә tәrәvәzçilikdir (sitrus meyvәlәri, üzüm, zeytun, xurma vә s.). Hәmçinin maldarlıq vә yığıcılıq yayılmışdır. Köçәrilәr dәvәçilik vә qoyunçuluqla mәşğuldurlar. 19 әsrdә mәdәnçıxarma sәnayesi, 20 әsrin ortalarında isә neft vә qaz hasilatı meydana gәlmişdi. Ənәnәvi kәndlәri qәbilә-tayfa prinsipinә uyğun tikilirdi. Müstәqillk әldә edildikdәn (1962) sonra fәllah qәsәbәlәri (mәscidi, mәktәbi, poçt sistemi vә s. olan fermer qәsәbәlәri) yarandı. Ənәnәvi ev tiplәri müxtәlifdir; yaşayış әrazisindәn asılı olaraq daş, möhrә, yaxud ağacdan tikililәr, köçәrilәrdә isә çadırlardır. Müasir avropasayağı geyimlәrlә yanaşı, әnәnәvi geyimlәr hәlә dә üstünlük tәşkil edir. Kişilәr geniş pambıq vә yun köynәk (cәllaba), enli şalvar, çәkili jilet vә kaftan geyinirlәr. Geniş yayılmış kişi baş geyimi qırmızı rәngli keçәdәn fәs – tәrbuş, yaxud şәşiyadır. Qış geyimi isә yun burnusdur. Qadın geyimi geniş bәzәkli don (qәndurә), pambıq, ipәk vә ya mәxmәr parçadan tikilmiş kaftandan ibarәtdir. Naxışlı kәmәr, çiyinlik (haik) geniş yayılmışdır. Ayaqqabılara sәndәl (nәl, nәleyn), dәri, yaxud parçadan başmaq vә s. aiddir. Ənәnәvi yemәklәri ümumәrәb (fәsәli, qızartma – mәşvi, bozartma vә qovurma, müxtәlif souslar), hәmçinin bәrbәr vә Afrika mәnşәlidir (kus kus, tacin vә s.). Ə.-in ümumәrәb әnәnәlәri ilә bağlı folkloru yerli bәrbәr vә Əndәlis müsәlmanlarının tәsirinә mәruz qalmışdır. Ənәnәvi musiqi alәtlәrinә digәr әrәb vә müsәlman ölkәlәrinә dә xas olan ud, rübab, qanun vә s. aiddir.