ƏLƏK – sәpәlәnәn müxtәlif mәhsul vә materialları dәnәlәrinin ölçülәrinә görә ayıran qurğu. Ə.-lәr yastı (vibrasiyalı, yırğalanan) vә barabanlı (fırlanan) növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir (bax hәmçinin Xәlbir, Şadara).