ƏLƏKBƏRLİ Fәrid Urxan oğlu (d.3.1.1964, Gәncә) – Azәrb. bioloqu, tarixçisi, tarix e.d. (1999), prof. (2015). Urxan Əlәkbәrovun oğludur. Azәrb. Dövlәt Un-tinin (indiki BDU) biologiya fakültәsini (1986) bitirmişdir. 1986 ildәn AMEA M.Füzuli ad. Əlyazmalar İn-tunda işlәyir (2003 ildәn şöbә müdiridir). Əsas tәdqiqat sahәsi fars, әrәb vә Azәrb. dilindә yazılmış orta әsr tibb әl yazmalarıdır. Kәmalәddin Kәşaninin “Ər vahül-әcsad” (14 әsr), Murtuza Qulu Şamlunun “Xirqә” (17 әsr), Mәhәmmәd Möminin “Töhfәtülmöminin” (1699), Əbül hәsәn Marağayinin “Müalicәti-münfәridә” (18 әsr), Mәhәmmәd Yusif Şirvaninin “Tibbnamә” (1712) әsәrlәrinin tәdqiqi vә müxtәlif dillәrә tәrcümәsi üzәrindә çalışmışdır. 2011–13 illәrdә Vatikan arxivlәrindә orta әsr Azәrb. tarixinә aid 500-dәn çox sәnәd, o cümlәdәn Azәrb. hökmdarlarının Roma papaları ilә diplomatik yazışmalarını әks etdirәn mәktublar aşkar etmişdir. Vatikan Apostol Kitabxanasında apardığı araşdırmalar nәticәsindә Nizami, Füzuli, Nәsimi, Şәbüstәri, Sührәvәrdi, hәmçinin indiyәdәk mәlum olmayan 9 Azәrb. müәllifinә mәxsus 60 qәdim әlyazmanı üzә çıxarmışdır. 15 әsrin sonu – 16 әsrin әvvәllәrindә ana dilindә yazıb-yaratmış Sürurinin “Divan”ını, Seyid Yәhya Bakuvinin oğlu Şeyx Əli Sәmәr qәndinin hәyatına hәsr olunmuş “Mәnaqibi Şeyx Əli Sәmәrqәndi”, Baba Hәsәn bin Mәhәmmәd Şirvaninin “Kitab beşәcarә vә şomare min nücum”, Qaraqoyunlu, Ağqoyunlu vә Sәfәvi dövlәtlәrinin tarixindәn bәhs edәn 17 әsr Osmanlı tarixçisi Mәhәmmәd Ədirnәvinin “Nәxcәtül-tәvarix”, hәmin dövrә aid tәbabәtә hәsr olunmuş türkdilli “Risaleyi-tәshil fit-tibb” әsәrlәrinin surәti Ə. tәrәfindәn Vatikandan gәtirilmiş, Əlyazmalar İn-tunun fonduna verilmişdir. Ə.-nin uşaqlar üçün yazdığı elmi-kütlәvi hekayәlәr Moskvada (1990) vә Bakıda (1988; 1996; 2012) dәrc edilmişdir. 200-ә yaxın elmi әsәrin, o cümlәdәn bir neçә kitab vә monoqrafiyaının müәllifidir.
Ə s ә r l ә r i: Şәrqdә ailә vә nikah. B., 2001; Тысяча и один секрет Востока. Т. I, II, Б., 2001; Между ложью и истиной: кризис антигуманной цивилизации. Б., 2006.