ƏLƏKBƏRLİ Mәmmәdkazım Əlәkbәr oğlu (24.1.1905, Dәrbәnd – 1938) – Azәrb. әdәbiyyatşünası, filosof, tәnqidçi. Azәrb. Pedaqoji İn-tunu bitirmiş (1927), Gәncә xalq maarif şöbәsinin müdiri vә “Qızıl Gәncә” jurnalının (1927), “Dağıstan füqәrası” (Mahaçqala) qәzetinin vә “Maarif yolu” jurnalının (1928–30) redaktoru olmuşdur. Moskvada Qırmızı Professura İn-tunu bitirdikdәn (1934) sonra Azәrb. Yazıçılar İttifaqı İdarә Heyәtinin sәdri, Azәrb. Dövlәt Un-tinin rektoru (1934–35), fәlsәfә kafedrasının müdiri, “Kommunist”, “Ədәbiyyat qәzeti”, “Vışka” qәzetlәrinin, “Temp”, “Firqә işçisi”, “İnqilab vә mә dәniyyәt”, “Literaturnı Azerbaydjan” jurnallarının redaktoru vә s. vәzifәlәrdә çalışmışdır. Ə. Azәrb.-da ana dilindә ilk fәlsәfә dәrsliyinin müәllifidir. 1920–30-cu illәrdә dövri mәtbuatda Azәrb. әdәbiyyatının aktual problemlәrinә dair, hәmçinin publisistik mәqalәlәrlә çıxış etmişdir. Repressiya olmuşdur.
Ə s ә r l ә r i: İdealizm vә materializm vә yaxud yeni fәlsәfә. B., 1927; Литература Азербайджана. М., 1934; Azәrbaycan әdәbiyyatı. B., 1935.