ƏLƏKBƏROV Arif Əlәkbәr oğlu (d.10.6.1965, Ağstafa r-nunun Göycәli k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2010), prof. (2014). Belarus Kәnd Tәsәrrüfatının Mexaniklәşdirilmәsi İn-tunu (1987), Belarus Hüquqşünaslıq İn-tunu (1999), Azәrb. Dövlәt İqtisad Un-tini (2006) bitirmişdir. Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunda müәllim (1992–94), Belarus–Azәrbaycan “Qobustan” Cәmiyyәtinin (Minsk ş.) sәdr müavini vә “Azәrbel” şirkәtindә direktor müavini (1995–2000), Belarus Resp. Nazirlәr Kabineti nәzdindә Milli azlıqlar üzrә Koordinasiya şurasının üzvü (1995–98), Azәrb. Dövlәt İqtisad Un-tinin kommersiya fakültәsinin (2001–04), informatika vә idarәetmә fakültәsinin (2005–09) dekanı olmuşdur. 2011 ildәn Azәrbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbә müdiri vәzifәsindә çalışır. Tәdqiqat alternativ enerji mәnbәlәrindәn – günәş enerjisindәn istifadәnin mövcud problemlәri vә onların hәlli yollarının, Azәrb. Resp.-nda ekoloji tarazlığın tәnzimlәnmәsinin iqtisadi problemlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 80-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Ekologiya vә iqtisadiyyat: inkişaf yollarının problemlәri. B., 2004.