ƏLƏKBƏROV Cәbrayıl Əlәkbәr oğlu (d.18.8.1957, Masallı r-nunun Qızılağac k.) – Azәrb. tibb alimi, travmatoloq-ortoped. Tibb e.d. (2008). Vladivostok Dövlәt Tibb İn-tunu bitirmişdir (1985). Q.A.İlizarovun tәlәbәsi olmuşdur. Kurqanda Q.A. İlizarov ad. Bәrpaedici Travmatologi yavә Ortopediya Elmi Mәrkәzindә travmatoloq-ortoped(1986–91), Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun Travmatologiya Klinikasında travmatoloq (1991–93), Türkiyәnin İzmir ş.-ndә travmatoloq-ortoped (1994–2009), M.Mirqasımov ad. Resp. Klinik Xәstәxanasında travmatoloq (2010–13) işlәmiş, 2014 ildәn Elmi Tәdqiqat Travmatologiya vә Ortopediya İn-tunun bölmә rәhbәridir. Tәdqiqatları İlizarov üsulu ilә әtrafların deformasiyasının bәrpasına vә boyun uzadılmasına probleminә hәsr olunmuşdur. Bir sıra xarici ölkәlәrdә (ABŞ, Türkiyә, Birlәşmiş Ərәb Əmirliklәri, Rusiya, Qәtәr, İndoneziya vә s.) travmatologiya vә ortopediyanın aktual problemlәrinә dair mәruzәlәr etmişdir. 92 elmi әsәrin müәllifidir.
Ə s ә r i: Болезнь Эрлахера – Блоунта: диагностика, лечение и профилактика рецидивов. Курган, 2004 (müştәrәk).