ƏLCƏZAİR – Əlcәzair Xalq Demokratik Resp.-nın paytaxtı. Müstәqil inz. vahid – Əlcәzair vilayәtini әmәlә gәtirir. Əh. 1,98 mln. (Böyük Əlcәzair aqlomerasiyasında 7,8 mln.-dan çox, 2008). Atlas dağlıq sistemindә, Tәll-Atlas silsilәsi r-nunda, Curcura d.-nın yamacındadır. Aralıq dәnizi sahilindә mühüm port (illik yük dövriyyәsi 23–29 mln. t-adәk). Nәql. qovşağı. Beynәlxalq aeroport.
Ялъязаир шящяринiн panoramı.
Ə.-in tarixi finikiyalı tacirlәr tәrәfindәn burada Ey Kozi (Kartaca) adlı mәskәnin salınması ilә başlayır (e.ә. 9 әsr). E.ә. 2 әsrdә әrazini işğal edәn romalılar onu İkozium (İcosium) adlandırdılar. 5–6 әsrlәrdә vandalların hücumları nәticәsindә xarabalığa çevrilmişdi (şәhәrin antik dövr tarixi haqqında mәlumatın azlığı da bununla bağlıdır). Orta әsrlәrdә şәhәrin әrazisi Fatimilәr, Zirilәr, Hәmmadilәr, Mürabitlәr, Müvәhhidlәr, Əbdülvadilәr dövlәtlәrinin tәrkibindә idi. 944 ildә şәhәr, demәk olar ki, yenidәn tikildi. Adını (Əl-Cәzirә) sahilә yaxın adalardan almışdır. 11 әsrdәn Aralıq dәnizindә iri ticarәt portu olmuşdur. 15 әsrin sonunda Əndәlisdәn qovulmuş müsәlmanların bir qisminin Ə.-dә yerlәşmәsi şәhәr sakinlәrinin sayını artırdı. 1516 ildәn Osmanlı imperiyasının tәrkibindә, Xeyrәddin Barbarosun Şimali Afrikada yaratdığı bәylәrbәyiliyin inzibati mәrkәzi (1529) olmuşdur. 17 әsrdә şәhәrin 9 qapısı var idi; müdafiә divarları tikilirdi. Bu dövrdә әhalinin suya olan tәlәbatını ödәmәk üçün su kanalları vә anbarları inşa edilirdi. 1816 ildә Ə. ingilis eskadrası tәrәfindәn (holland donanmasının iştirakı ilә) bombardman olunmuşdur. 1830 ildә Fransanın Əlcәzair müstәmlәkәsinin inzibati mәrkәzinә çevrilmişdir. Müstәmlәkә dövründә şәhәrdә avropalıların sayı artmış, Ə. “qarnizon şәhәri” olmuşdur. İkinci dünya müharibәsi (1939– 45) illәrindә Aralıq dәnizindәki müttәfiq komandanlığının iqamәtgahı Ə.dә yerlәşirdi. 1943–44 illәrdә Fransa milli azadlıq komitәsi vә Fransa Müvәqqәti hökumәtinin iqamәtgahı da burada idi. 1962 ildәn müstәqil Əlcәzair dövlәtinin paytaxtıdır.
Şәhәr amfiteatr formasında 16 km uzanan sahilә doğru enir. Ə.-in qәdim hissәsinin әsasını 2 mәscid (1818), Dayı sarayı (1516–1816; 1830 ildәn içqala) vә әnәnәvi yaşayış evlәrindәn ibarәt qәsәbә ansamblı (1556; bәrbәr qalasının yerindә) tәşkil edir. Qәsәbә Ümumdünya irsi siyahısına daxil edilmişdir. Böyük mәscid (1096–97; 11 nefli; minarә, 1323); Sidi Əbdürrәhman әtTәlәbi mәqbәrәsi (15 әsr; günbәz 1969); Sidi Ramdan (minarә, 12 әsrin sonu – 13 әsrin әvvәllәri), Əli Bitçnin (1622) mәscidlәri; әl-Cәdid (1660), Kәcavә (17–18 әsrlәr) camelәri; Dәr Əziz bәy (1551 ildәn tikilmişdir), Dәr Hәsәn paşa (1791) sarayları vә s. saxlanılmışdır. Şәhәrin müasir hissәsi olan Ağ şәhәrdә çoxmәrtәbәli binalar, bağlar, parklar vә bulvarlar çoxdur.
Ялъязаир. Шящяр мейданı.
Un-t (1879; 1909 ildә yenidәn tәşkil olunmuşdur), H.Bumedyen ad. Tәbiyyat Elmlәri vә Texnologiya Un-ti (1974 ildәn), Milli Dram Sәnәti İn-tu. Milli kitabxana (1835 ildәn), Milli arxiv (1971 ildәn). İbtidai Tarix vә Etnoqrafiya Milli Muzeyi (Bardo villası; 1930 ildәn), Asari-әtiqә Milli Muzeyi (1897 ildәn), Zәrif Sәnәtlәr Milli Muzeyi (1930 ildәn) vә s.; Milli teatr vә Gәnclәr teatrı, Milli Kinematoqrafiya Mәrkәzi; Botanika bağı var. 1985 ildәn Ə.dә teatr festivalı keçirilir.
Yeyinti (şәrabçılıq, yağ istehsalı), toxuculuq, kimya, metal emalı, maşınqayırma (k.t. maşınqayırması, avtomobilquraşdırma), neft emalı sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. Kustar üsulla xalça istehsal edilir. İES var.