ƏLƏKBƏROV Əliheydәr İbad oğlu (15.7.1926, Quba r-nunun Çiçi k. – 6.9.1990, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1969), prof. (1970). Leninqrad Dövlәt Un-tini bitirmişdir (1947). Çelyabinsk ş.-ndә qapalı müәssisәdә elmi işçi (1947–59), Azәrb. SSR EA Qeyri-Üzvi vә Fiziki Kimya İn-tunda (indiki M.F.Nağıyev ad. Kataliz vә Qeyri-Üzvi Kimya İn-tu) baş elmi işçi (1959–71), 1971 ildәn ömrünün sonunadәk laboratoriya müdiri işlәmişdir. Tәdqiqatları elektrokimyәvi üsulla sulu mәhlullardan selen vә tellurun alınması vә saflaşdırılmasına, metal-xalkogenitlәrin sintezi vә onların fiziki-kimyәvi xassәlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 130 elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.